Digər
Heydər Əliyev Fondu Pakistanda bayram keçirdi
Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın dəstəyi ilə Pakistanın Xayber Paxtunxva və Pəncab əyalətlərinin bir sıra şəhərlərində Qurban bayramı ilə əlaqədar silsilə tədbirlər keçirilib.
Bu barədə Axar.az-a Azərbaycanın Pakistandakı səfirliyindən məlumat verilib. Bildirilib ki, Xayber Paxtunxva əyalətinin Lakki Marvat bölgəsində təşkil olunan mərasimdə çıxış edən Pakistanın tanınmış siyasətçisi, sabiq neft və ticarət naziri, senator Səlim Seyfulla Xan Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya hər bir müsəlman üçün xüsusi önəm kəsb edən bayram günündə çətin maddi və mənəvi durumda olan məcburi köçkünlərin dərdinə şərik olduğuna görə minnətdarlıq edib.
Həmin əyalətin Dera İsmail Xan bölgəsindəki mərasimdə ali qonaq qismində iştirak edən Pakistan Milli Assambleyasının sabiq sədr müavini, Pakistan-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Feysəl Kərim Kundi Mehriban xanım Əliyevaya bölgə əhalisi və məcburi köçkünlərə qarşı olan diqqətə görə minnətdarlığını bildirib. O, Heydər Əliyev Fondunun bu bölgədə inşa etdirdiyi Heydər Əliyev su təchizatı sistemi və məcburi köçkünlər üçün həyata keçirdiyi digər layihələr barəsində məlumatlar verib.
Natiq bunları Pakistan və Azərbaycan arasında qardaşlıq münasibətlərinin təzahürü kimi qiymətləndirib. O, 2-3 oktyabr tarixlərində Bakıda Beynəlxalq Humanitar Forum çərçivəsində Prezident İlham Əliyev və xanım Mehriban Əliyeva ilə görüşünün təəssüratlarını da tədbir iştirakçıları ilə bölüşüb.
Xatırladaq ki, Pakistan ordusunun qanunsuz silahlı birləşmələrə qarşı apardığı hərbi əməliyyatlar nəticəsində məcburi köçkünlərin ümumi sayı bir milyonu keçib və onların böyük bir hissəsi Xayber Paxtunxva əyalətinin məhz Dera İsmail Xan və Lakki Marvat bölgələrində yaradılan müvəqqəti qaçqın düşərgələrində yerləşdirilib.
-
MDB09:48
Moskvada motosikletçini öldürən Şahin Abbasovun mənzilindən görün nə qədər pul tapıldı - FOTO
-
Yaxın Şərq09:12
İsrail İranı vurdu: görün neft bahalaşaraq neçəyə oldu
-
Hadisə08:07
Qızı ilə Kürdə batan atanın meyiti TAPILDI
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda AİLƏ FACİƏSİ: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”