Kobanidə İŞİD-ə qarşı onlar da vuruşur
Bizi izləyin

Digər

Kobanidə İŞİD-ə qarşı onlar da vuruşur

Suriyanın Kobani şəhəri uğrunda gedən döyüşlərdə kürdlərin Xalq Müdafiə Bölmələri (YPG) adlanan qrupla Azad Suriya Ordusu da İŞİD terror qruplaşmasına qarşı vuruşur.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, bu barədə YPG mənbələrinə yaxın kürd jurnalist Ferhat Şami bildirib.

Onun məlumatına görə, İŞİD-lə qarşıdurmalarda bu günə qədər YPG-den 150, Azad Suriya Ordusundan ən az 7 döyüşçünün ölüb.

Kobaninin təxminən 35-40 faiz hissəsinin İŞİD-in nəzarətinə keçdiyini söyləyən kürd jurnalist İŞİD-in şəhərin şərq tərəfindən irəliləməyə çalışdığını bildirib. Şami İŞİD-in Kobaninin şərqində təhlükəsizlik qurumlarının yerləşdiyi əhəmiyyətli binaları ələ keçirdiyini deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm