Hərbçi dünyanın ən gözəl kişisi oldu – FOTOLAR
Bizi izləyin

Digər

Hərbçi dünyanın ən gözəl kişisi oldu – FOTOLAR

İspaniyanın Navas-de-San-Xuan bölgəsindən olan hərbçi Ruben Lopes “Dünya kişisi-2014” beynəlxalq müsabiqəsində qalib gəlib.

Kişilərin beynəlxalq gözəllik yarışı Perunun Lima şəhərində keçirilib.

Müsabiqədə 40 namizəd iştirak edib. Dünyanın ən yaraşıqlı kişisinin 22 yaşı var. O, bədən tərbiyəsi ilə bağlı təhsil alır və Madridin “El Goloso” hərbi bazasında xidmət edir.

Ruben moda aləminə hələ uşaqlıqdan baş qoşub. O, 2009-cu ilə “Mister Xaen”, 2010-cu ildə “Mister İspaniya” gözəllik yarışında tamaşaçıların sevgisini qazanıb, 2013-cü ildə isə “İspaniyanın yaraşıqlı kişisi” tituluna layiq görülüb.

Müsahibə verən Ruben deyib ki, nə hərbçi həyatını, nə də moda aləmini atmaq fikri var. O hər iki işin öhdəsindən layiqincə gəldiyini bildirib.

Ruben müsabiqədə birinci yeri qazanmasına hələ də inana bilmir. Onun sözlərinə görə, Ruben birinciliyə daha çox ünsiyyətə girmək qabiliyyəti və cazibəsi ilə seçilən Braziliya və Puerto Riko layiq olduğunun düşünüb.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm