Fəlsəfə İnstitutunda Ramiz Mehdiyevin monoqrafiyası müzakirə edilib
Bizi izləyin

Digər

Fəlsəfə İnstitutunda Ramiz Mehdiyevin monoqrafiyası müzakirə edilib

Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Hüquq İnstitutunda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix”(rus dilində) monoqrafiyasının müzakirəsinə həsr olunmuş tədbir keçirilib.

AMEA-dan Publika.az-a verilən məlumata görə, tədbirdə institutun direktoru, fəlsəfə üzrə elmlər doktoru İlham Məmmədzadə tədbiri açaraq kitab haqqında məlumat verib. Bildirib ki, multidissiplinar yanaşmaların yer aldığı bu monoqrafiyada Dağlıq Qarabağ regionunun tarixi, Ermənistan-Qarabağ münaqişəsi faktlara əsasən antik dövrdən bu günə qədər təhlil edilib. Direktorun sözlərinə görə, rus dilində çap olunmuş kitabın beynəlxalq aləmdə tanıdılması ilə yanaşı, Azərbaycanda da tərcümə edilib gənc nəsilə çatdırılmasına ehtiyac var.

Politologiya və siyasi sosiologiya şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Rəna Mirzəzadə 25 fəsildən ibarət kitabı rəsmi “danışan” sənədlərdən ibarət toplu kimi qiymətləndirib. Dağlıq Qarabağ münaqişəsinin siyasi, tarixi və hüquqi istiqamətlərdə araşdırıldığını və kitabın rus dilində çap olnmasının rusdilli xalqların, dünya elmi ictimaiyyətinin Azərbaycanın tarixi həqiqətləri barədə bilgilənməsində rol oynayacağını qeyd edib.

Sosiologiya və sosial fəlsəfə şöbəsinin müdiri, fəlsəfə üzrə elmlər doktoru Rəfiqə Əzimova çıxışında etnoloji, kulturoloji və tarixi aspektlərdən təhlil edilən monoqrafiyanı alimin elmi-nəzəri və fəlsəfi ümumiləşdirməsi kimi dəyərləndirib.

Cinayət hüququ və cinayət prosesi şöbəsinin müdiri, hüquq üzrə elmlər doktoru, prof. İsaxan Vəliyev kitabın fərqli üslubda yazıldığını, xüsusilə “Problem və hüquq” bölməsində yer alan məlumatların hüquqşunaslar üçün faydalı olacağını söyləyib. O, 1000 nüsxə ilə çap olunan kitabda milli təhlükəsizlik probleminin qaldırıldığını da nəzərə çatdırıb.

Tədbirin davamında İnstitutun ümumi işlər üzrə direktor müavini Qabil Camalov, Estetikanın nəzəri və tətbiqi problemləri şöbəsinin müdiri, fəlsəfə üzrə elmlər doktoru Adil Əsədov, İnstitutun əməkdaşları - siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyev, texnika üzrə fəlsəfə doktoru Xaliq Əhmədzadə monoqrafiya haqqında fikirlərini bölüşüblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm