Kişilərin ağlını başından alan çılpaq casus – FOTOLAR
Bizi izləyin

Digər

Kişilərin ağlını başından alan çılpaq casus – FOTOLAR

Dünyanı ağıllı qadınlar idarə edir

Mata Hari

Oktyabrın 15-də bütün zamanların ən sirli casus və kurtizan qadını hesab olunan Mata Hari edam olunub. O, hələ sağlığında əfsanə idi: onun casusluq fəaliyyəti ilə məşğul olması və ya vəziyyətdən istifadə edərək öz məqsədləri üçün aktyorluq sənətini nümayiş etdirməsi üzərində indiyədək də tarixçilər baş sındırır. Mata Hari qabiliyyətsiz rəqqasə idi, lakin istedadlı casus üçün yararlı olan fərqli xarici görünüşə və yüngül xasiyyətə malik idi. Ancaq ona uğur gətirən bu amillər deyildi: o, özü haqqında əfsanə yaratdı və sonda pis zarafat ona qarşı çevrildi.

“Mən heç nədən heyifsilənmirəm. Həyatım inanılmaz əfsanələrlə əhatə olunub. Bəzən olur heç özüm uydurmanı gerçəkdən ayıra bilmirəm. Ağrı, göz yaşları, bədbəxtçilik anlarını kifayət qədər yaşamışam. Lakin mən bir şeyi anladım:, bütün millətlərin taleyini həll edən kişilərin üzərində qadın hökmü nə deməkdir”.


Mata Harinin ölümündən artıq 100 il keçir, ancaq onun şəxsiyyəti indiyədək milyonlarla insanı həyəcana gətirir. O, ictimaiyyətin gözü qarşısında qorxusuz və kişi əzmli, füsunkar casus qadın kimi canlandı. O, həqiqətən də, belə idimi? Bu tapmacanın sirrini heç kim bilmir. Ekzotik rəqqasə və “məşum qadının” bioqrafiyası onu məşhur etdi. Onun obrazı əsasında film çəkilib, kitab yazılıb, kompüter oyunları hazırlanıb. Mata Hari kimdir və o, istənilən kişinin ürəyini necə alıb, etibarını necə qazanıb? “Bizim tərcümə” layihəsi bu sirri açmağa çalışacaq...

Mata Hari öz həyatını əvvəldən sona kimi uydurub. İlk növbədə, onu qeyd edək ki, əsl adı Marqaret Gertruda Zelle olub. O, 1876-cı il avqustun 7-də holland əsilli papaqçı ailəsində göz açıb. Uşaqlıqdan yetim qalan Marqaretin 17 yaşı olandan dayısı ilə yaşamağa başlayıb. Ancaq o, bundan razı deyildi və qız gözəl həyat haqda düşünürdü. Ciddi, mühafizəkar adam olan dayısı ilə o, istədiyi həyatı yaşaya bilmirdi. Ona görə də Marqaret evi tərk etdi...

O dövr üçün gənc qızın yeganə çıxış yolu ərə getmək idi. Qəzetdə özünə ər seçən Marqret gələcək həyat yoldaşına məktub yollayır. Onun seçdiyi kişi məzuniyyətə çıxmış zabit idi. Namizəd Marqaretdən 20 yaş böyük, şotland əsilli və üstəlik, çox zəngin idi. Onlar ailə qurduqdan sonra Marqaret və Maklid Hindistana köçdü. Marqaret məlum olmayan səbəblərdən ərindən boşanmağa qərar verir.

Bundan sonra Marqaret “ərindən qaçmış arvadların” şəhəri olan Parisə gedir və orada naturaçı kimi işləyir. Lakin o, rəssamların diqqətini cəlb edə bilmir. Qadının sinəsinin balaca olması bəhanə gətirilir. Ümidləri puça çıxan Marqaret Hollandiyaya qayıtmalı olur, lakin qısa müddət sonra o, yenidən Parisə qayıdır. Bu dəfə Marqaret iş tapa bilir: o, Molye sirkinin atçılıq məktəbində çalışır. Ancaq Marqaret yenə də qane olmur və nə zamansa Hindistanda yaşadığı günlər yadına düşür. Axı Marqaret orada hər kəsi heyran qoyan şərq rəqslərinin şahidi olmuşdu.

O, 1900-cü illərin əvvəllərində öz debütünü etdi. Ziyafətlərin birində Marqaretin göstərdiyi ekzotik rəqs salona toplaşan bütün kişilərin ağlını başından aldı. Kişilər rəqsin finalını daha çox xatırlayırdılar: gənc qız yüngül əl hərəkəti ilə geyimini çıxarmışdı. Və növbəti yalan peyda oldu: Marqaret hindistanlı anasının ölümü və rəqs sənətini budda məbədində öyrənməsi haqda uydurulmuş hekayələri danışmağı sevərdi. Bu, onun obrazına məxfilik verirdi.

Əlbəttə, hamı Marqareti alqışlayır və onun pərəstişkarları günü-gündən artırdı. Onların arasında tanınmış və imkanlı şəxslər də vardı. Bu şəxslərdən Marqaretə “Mata Hari” adı altında Şərq İncəsənəti Muzeyində çıxış etməyi təklif edir. O vaxtdan etibarən Marqaret ölür və Mata Hari peyda olur. Onu Avropanın ən yaxşı teatrlarına dəvət edirlər, o isə ard-arda sevgili dəyişir, sevgi və cah-calal içərisində üzürdü. Mata Harinin striptiz rəqsləri hər kəsi cəlb edirdi.

Mata Hari ağına-bozuna baxmadan sevgi əlaqələri yaradırdı. Əlbəttə, bu da öz pis nəticəsini verdi. O, alman polis məmuru ilə tanış oldu və bundan sonra qızı casusluğa cəlb olundu. İndi isə onun casus adı H-21 idi.

“Almanların Berlində bahalı kürk və geyimlərimi ələ keçirmələrini xatırlayıram. Və qərara aldım ki, onları geri qaytarmaq üçün mənə çoxlu pul lazım gələcək”.

Radioqramm vasitəsilə Mata Harinin adı qeyd olunmuş məxfi sənədlər üzə çıxdıqdan sonra ona Fransada da işləmək təklif olundu. Qız heç bir çaşqınlıq keçirmədən hər iki tərəfdə işləməyə qərar verir. Lakin bütün sirlərin üstü açılır...

Mata Hari keçən əsrin ən sirli qadınlardan biri hesab olunur. O, kişiləri cəlb etməklə yanaşı, onlardan məlumat da öyrənə bilirdi. Onun “uğurunun” resepti 3 qaydadan ibarət idi. Birinci qayda: təşəbbüs göstərmək. Mata uşaqlıqdan bilirdi ki, o, ilahi gözəlliyə malikdir və istənilən kişini ələ ala bilər. İkinci qayda: taleyin qoyduğu bütün imkanlardan istifadə etmək. Mata heç zaman rəqs edə bilməyib. İctimaiyyətə heç bu da lazım deyildi. Onları daha çox qızın çılpaqlığı cəlb edirdi. Üçüncü qayda: intriqanı qoruyub saxlamaq. Onun sevgililəri atasında yüzdən çox imkanlı kişi olub. Onları yalnız bir şey düşündürürdü: o, özünü gah şərq şahzadəsi, gah da hindu məbədinin tərbiyə etdiyi kahin adlandırardı...

Mata Hari əsrarəngiz və seksual qadın olub. Müasir alim-psixiatrların rəyincə, o, nimfoman idi. Elə bunun sayəsində o, kişilər üzərində hökmünü yeridə bilirdi. Onu daha çox hərbi geyimli kişilər cəlb edirdi. Qadını məhv edən də bu oldu: alman kəşfiyyat qrupu onu yaşamaq hüququndan məhrum etdi.

1917-ci il fevralın 13-də Mata Hari “Elize-palas” mehmanxanasında həbs olunaraq casusluqda ittiham edilir. O, öz sevgi romanlarından başqa, bütün ittihamları rədd edirdi: “Ola bilsin ki, mən fahişəyəm, lakin mən heç zaman xain olmamışam”.

Məhkəmə prosesi zamanı onun keçmiş sevgililəri Mata Hari üçün əfv diləyirdi, onun vəkili və sevgilisi isə hakimin qarşısında diz çökmüşdü. Ancaq Matanı artıq xilas etmək mümkün deyildi və oktyabrın 15-də onu güllələdilər. 12 əsgər düz gözlərinin içinə baxan casus qadına eyni anda silahdan atəş açdı.

Bütün həyatı boyu Mata Harini sevən Nikolas Qrey deyirdi:

“Sən ömür boyu onun ətrafında yaşayırsan, lakin onunla deyilsən. Sən ona istədiyini verirsən, lakin onun ehtiyacı olanı verə bilmirsən. O, səni çağıranda gəlirsən və səndən bezəndə gedirsən. Sən ya onun qaydaları ilə oynamalı, ya da oyundan çıxmalısan”.

Mata Harinin gündəliyi almanlar tərəfindən Paris arxivindən tapılıb. Bir sıra mütəxəssislər orada yazılanları uydurma hesab edirlər. Çünki gündəliyin müəllifi xəstə təxəyyüllü qadın olub. Gündəlik 1967-ci ildə ingilis dilinə çevrilib.

Tərcümə: Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm