Ebola ABŞ səhiyyəsini təhlükəyə atır
Bizi izləyin

Digər

Ebola ABŞ səhiyyəsini təhlükəyə atır

“ABŞ Ebola virusunun yayılmasına nəzarət etməyi bacarır. Ancaq Afrikada xəstəliyin geniş yayılması Amerika səhiyyə sistemini təhlükəyə ata bilər”.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Xəstəliklərin Profilaktikası və Nəzarət Mərkəzin direktoru, doktor Tomas Friden bildirib.

“Ebola virusu ilə bağlı vəziyyət məni qorxudur. Çünki xəstəlik Afrikada daha çox yayıla bilər. Əgər bu baş verərsə, ABŞ-ın səhiyyə və tibbi yardım sisteminə təhlükə yarana bilər”, - amerikalı doktor ABŞ Konqresində keçirilən dinləmələrdə deyib.

Bununla belə, T.Friden vurğulayıb ki, çətin olsa da, ABŞ-da hazırda Ebolaya necə nəzarət edəcəyini bilirlər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm