• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Araz Ağalarov: “Bizneslə məşğul olmaq daha da çətinləşir”

  • Digər
  • 17 Oktyabr 2014 12:09
  • 538 Baxış
Araz Ağalarov: “Bizneslə məşğul olmaq daha da çətinləşir”

“Sanksiyalar həmişə pisdir. Hətta bu sanksiyalar iqtisadi zərər gətirməsə belə, onların psixoloji zərəri var”.

Publika.az xəbər verir ki, bu barədə Rusiyada azərbaycanlı milyarder, “Krokus” Şirkətlər Qrupunun sahibi Araz Ağalarov yerli mediaya açıqlamasında Qərbin Rusiyaya qarşı sanksiyaları haqda danışarkən deyib.

A. Ağalarov qeyd edib ki, hazırda beynəlxalq müqavilələr üzrə ödənişlər, başqa ölkələrdən çatdırmalar çətinləşdi, hansı ki, əvvəl daha fəal şəkildə iş aparılırdı. Onun sözlərinə görə, bu neqativ hal bütövlükdə Rusiya iqtisadiyyatına təsir edə bilmir və buna görə də ölkəyə təzyiq yoxdur.

“Dolların kursunun artması qorxulara səbəb olur. Bu bağlı dairə kimidir. Nə qədər dollar yüksəlir, rubl bir o qədər aşağı düşür və insanlar dollara meyllənirlər. Bu öz növbəsində valyuta bazarına əlavə təzyiq göstərir, spekulyantlar kurs fərqində daha çox qazanırlar və bu iqtisadiyyata zərər vurur”, - deyə o bildirib.

A. Ağalarov bildirib ki, nəticədə ölkədə bizneslə məşğul olmaq daha çox çətinləşir: “Yaranmış vəziyyətdə biznesmenlərin özlərini yaxşı hiss etdiyini iddia etmək yanlış olardı. Hesab edirəm ki, siyasi problemlərin sürətli həlli Rusiyanın biznes atmosferini də bütövlükdə yaxşılaşdırardı”.


Asif

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR