Sabah yağış yağacaq
Bizi izləyin

Digər

Sabah yağış yağacaq

Sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Yağış yağacağı gözlənilir. Gündüz tədricən kəsiləcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeroloji Proqnozlar Bürosundan Publika.az-a verilən məlumata görə, şimal-qərb küləyinin sürəti saniyədə 20-25 metrə çataqcaq. Gecə arabir 28-33 m/s-dək güclənəcəyi, yarımadanın bəzi yerlərində 35-40 m/s-dək şiddətlənəcəyi ehtimalı var, gündüz 10-15 m/s, arabir 18 m/s.

Havanın temperaturu gecə və gündüz 10-14° isti, Bakıda gecə və gündüz 11-13° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 758 mm civə sütunundan 769 mm civə sütununa yüksələcək.

Nisbi rütubət 80-90 % təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında

Arabir yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə sulu qar, qar yağacağı ehtimalı var. Qərb küləyi 5-10 m/s, gecə və səhər arabir 15-20 m/s-dək güclənəcək.

Havanın temperaturu gecə 5-10° isti, gündüz 10-15° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında

Arabir yağıntılı olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə intensiv olacağı, sulu qar, qar yağacağı ehtimalı var. Qərb küləyi 5-10 m/s, gecə arabir 25-30 m/s-dək güclənəcək.

Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-7° isti olacağı gözlənilir.

Qazax,Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında

Arabir yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi 5-10 m/s, gecə arabir 28-33 m/s-dək güclənəcək.

Havanın temperaturu gecə 6-11° isti, gündüz 12-16° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında

Arabir yağıntılı olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə sulu qar, qar yağacağı ehtimalı var. Qərb küləyi 5-10 m/s, gecə arabir 28-33 m/s-dək güclənəcək.

Havanın temperaturu gecə 3-8° isti, gündüz 8-13° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-7° isti olacağı gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında

Arabir yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi 5-10 m/s, gecə və səhər arabir 28-33 m/s-dək güclənəcək.

Havanın temperaturu gecə 7-12° isti, gündüz 13-17° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında

Arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, gecə dağlarda sulu qar yağacağı ehtimalı var. Şimal-şərq küləyi 5-10 m/s, gecə və səhər arabir 25-30 m/s-dək güclənəcək.

Havanın temperaturu gecə 10-12° isti, gündüz 12-15° isti, dağlarda gecə 4-9° isti, gündüz 9-11° isti olacağı gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm