“Rosaviasiya”nın rəhbəri Kiyevi ittiham etdi
Bizi izləyin

Digər

“Rosaviasiya”nın rəhbəri Kiyevi ittiham etdi

“Malayziyanın “Boeing-777” sərnişin təyyarəsinin qəzaya uğramasına göə Kiyev məsuliyyət daşıyır. Bütün qalanlar isə gümanlardır”.

Publika.az-ın RİA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə “Rosaviasiya”nın rəhbəri Aleksandr Neradko bildirib.

“Qəza Ukrayna səmada oldu. Ukrayna buna görə də tam məsuliyyət daşıyır. Bütün qalanlar gümanlardır. İstənilən yol ilə getmək və müzakirə aparmaq, versiyaları formalaşdırmaq, onları mətbuata ötürmək olar. Ən vacibi isə, yəni araşdırmada obyektivlik çatışmır, hadisə yerində olmaq, qırıntıları öyrənmək arzusu çatışmır”, - deyə A.Neradko “Rossiya 1" telekanalının efirində söyləyib.

Xatırladaq ki, iyulun 17-də "Malaysia Airlines" şirkətinin Amsterdam- Kuala-Lumpur marşrutu ilə uçan "Boeing 777" təyyarəsi Ukraynanın Donetsk vilayəti üzərində vurulub. Hadisə zamanı 15 nəfəri ekipaj üzvü olmaqla, 298 nəfər dünyasını dəyişib. Təyyarənin rusiyameyilli separatçılar tərəfindən Donetsk vilayətindən vurulduğu ehtimal edilir.

Separatçılar və rəsmi Moskva isə bu iddiaları rədd edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm