ABŞ Kanadada səfirliyini bağladı
Bizi izləyin

Digər

ABŞ Kanadada səfirliyini bağladı

Kanadanın paytaxtı Ottava şəhərinin mərkəzində baş verən atışmaya görə, ABŞ bu ölkədəki səfirliyinin fəliyyətini dayndırıb.

Publika.az-ın məlumatıan görə, bu barədə jurnalistlərə ABŞ Xarici İşlər Nazirliyinin nümayəndəsi Mari Xarf açıqlama verib.

Xatırladaq ki, bu gün Kanadanın paytaxtı Ottava şəhərində naməlum şəxslər parlament yaxınlıqda yerləşən Milli hərbi memorialın yanında mühafizəçiyə atəş açıb. Mühafizəçinin öldüyü deyilir.

Həmin şəxslər daha sonra parlament binasına qaçıb və təxminən 30 dəfə atəş açıb. Naməlum şəxslərdən biri öldürülüb.

Hüquq-mühafizə orqanları bildirib ki, hazırda onun mümkün cinayət yoldaşları axtarılır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm