Ərdoğan: “Qərbin dərdi neftdir” - VİDEO
Bizi izləyin

Digər

Ərdoğan: “Qərbin dərdi neftdir” - VİDEO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Latviya Universitetində etdiyi çıxışında Avropa Birliyi (AB) və ABŞ-ı sərt sözlərlə tənqid edib.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Ərdoğan İraq və Suriyada yaşanan faciəni indiyə qədər görməyən AB və ABŞ-ın mövzu yalnız neft olanda hərəkətə keçdiyini bildirib.

“İraq rəhbərliyi məzhəbçiliyi qızışdıranda nə AB, nə BMT, nə də ABŞ heç bir tədbir görmədi. İŞİD terror təşkilatı neft yataqlarını təhlükə altına alanda isə dərhal müdaxilə etdilər. Deməli bunların dərdi insan deyil, neftdir”, - deyə Ərdoğan vurğulayıb.

Türkiyə prezidenti Qərbin davranışının humanist olmadığını söyləyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm