• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

“Facebook” gəlirlərini açıqladı

  • Digər
  • 31 Oktyabr 2014 11:30
  • 433 Baxış
“Facebook” gəlirlərini açıqladı

“Facebook”un gəlirləri bu ilin üçüncü rübündə keçən ilin eyni dövrü ilə müqayisədə 59 faiz artaraq 3,20 milyard dollara yüksəlib.

Publika.az xəbər verir ki, bu barədə “Facebook”un açıqladığı üçüncü rübün nəticələrində qeyd edilir. Şirkətin üçüncü rübdə xalis qazancı keçən ilin eyni dövrü ilə müqayisədə 90 faiz artaraq, 425 milyon dollardan 806 milyon dollara yüksəlib. “Facebook”un gəliri də keçən ilin eyni dövrünə görə 59 faiz artaraq 2,2 milyard dollardan 3,20 milyard dollara çatıb. Hesabatda o da bildirilir ki, gələn il şirkətin xərcləmələri 75 faiz yüksək olacaq. Bu ilin dördüncü rübündə şirkətin gəlir artımı yavaşlayacaq. Onu da bildirək ki, bu rəqəmlərin açıqlanmasından sonra “Facebook”un birjadakı hissələri 10 faizə yaxın dəyərdən düşüb.

“Facebook”un cəmi reklam gəlirləri ümumi gəlirlərinin 66 faizini təşkil edib. Keçən il bu nisbət 49 faiz səviyyəsində idi.

“Facebook”un gündəlik aktiv istifadəçi sayı keçən ilin eyni dövrünə görə 19 faiz artaraq, sentyabr ayında 864 milyona çatıb. 703 milyon “Facebook” istifadəçisi hesablarına “ağıllı telefon” və tablet mobil cihazlar vasitəsilə daxil olub.

İqtisadiyyat şöbəsi

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR