Kralın helikopteri Meksikada məcburi eniş etdi
Bizi izləyin

Digər

Kralın helikopteri Meksikada məcburi eniş etdi

İordaniya kralı II Abdullanın da içərisində olduğu helikopter Meksikanın Verakrus ştatında qolf meydançasında məcburi eniş edib. Kral xəsarət almayıb.

Trend-in məlumatına görə. bu barədə İTAR-TAS agentliyi "Sol de Kordova" qəzetinə istinadən xəbər yayıb.

İnsident günün ikinci yarısında Meksika Silahlı Qüvvələrinin iki "Black Hawk" helikopretinin uçuşu zamanı baş verib. İordaniya kralı helikopterlərdən birində olub. Mətbuat dəqiqləşdirib ki, hər iki helikopterin yanacağı qurtardığından pilotlar təcili eniş etməyə məcbur olublar.

KİV xəbər verir ki, insidentdən dərhal sonra sayılan dəqiqələr ərzində polis hadisə yerinə gələrək kralın şəxsi təhlükəsizliyini təmin etmək məqsədilə ərazini mühasirəyə alıb. Helikopterlərə yanacaq doldurulduqdan sonra II Abdulla Verakrus limanına qədər uçuşu davam etdirib və oradan da vətənə uçub.

İordaniya kralı ikitərəfli münasibətlərin möhkəmləndirilməsi məqsədilə Meksikaya işgüzar səfər edibmiş. Kralın cümə günü paytaxtda Meksika Prezidenti Enirike Penya Nyeto ilə şəxsi görüşü baş tutub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm