Separatçıların “dövlət başçıları"nın adları açıqlandı
Bizi izləyin

Digər

Separatçıların “dövlət başçıları"nın adları açıqlandı

Ukraynadakı Donetsk və Luqansk “xalq respublikalarının” “dövlət başçılarının” adları açıqlanıb.

Publika.az-ın RİA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, “Donetsk Xalq Respublikası” separatçı qurumun “Mərkəzi Seçki Komissiyası” seçki bülletenlərinin 100 faiz sayıldığını bildirib.

Hazırkı “baş nazir” Aleksandr Zaxarçenkoya 765 min seçici səs verib. Onun rəqibi “Novorossiya parlamenti”nin sədr müavini Aleksandr Kofman isə 111 min seçicinin səsini toplaya bilib. “DXR” Ali Sovetinin deputatı Yuri Sivokonenko isə üçüncü yeri tutub. Səsvermədə 1 milyon 12 min insanın iştirak etdiyi bildirilir.

"Luqansk Xalq Respublikası" separatçı qurumunda isə hazırkı "baş nazir"i İqor Plotnitski “dövlət başçısı seçkiləri”nin qalibi olub. Məlumata görə, seçki bülletenlərinin 100 faizi sayılıb. İ.Plotnitski 63,4, Oleq Akimov 15,15, Viktor Penner 10,08 və Larisa Ayrapetyan 7,29 faiz səs toplayıb.

Qeyd edək ki, Larisa Ayrapetyan milliyətcə ermənidir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm