1 milyon manatlıq daşınmaz əmlak sığortalanıb
Bizi izləyin

Digər

1 milyon manatlıq daşınmaz əmlak sığortalanıb

2014-cü ilin oktyabrında daşınmaz əmlakın icbari sığortası üzrə 8,489, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 377, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 44 sığorta müqaviləsi bağlanıb.

İcbari Sığorta Bürosundan Publika.az-a verilən xəbərə görə, daşınmaz əmlakın icbari sığortası üzrə daxil olan sığorta haqlarının məbləği 1,415,171 manat, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 24,240 manat, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 8,840 manat təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası müqavilələrinin sayında 32,06% artım və daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası müqavilələrinin sayında 2,83% azalma müşahidə olunub.

Daşınmaz əmlakın icbari sığortası müqavilələrinin 71,04%-i yaşayış evləri və mənzillər, 0,52%-i inzibati binalar, 28,44%-i digər daşınmaz əmlakla bağlı olub.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm