Əhali banklardan pulunu geri çəkir
Bizi izləyin

Digər

Əhali banklardan pulunu geri çəkir

Son aylar bank əmanətlərinin həcmində azalma baş verib.

Publika.az Mərkəzi Bankın statistik rəqəmlərinə istinadən xəbər verir ki, cari ilin sentyabrında depozitlər 10 milyard 174,6 milyon dollar təşkil edib. Bir ay ərzində əmanətlər 92,4 milyon manat azalaraq 10 milyard 82,2 milyon manat olub.

Banker.az-ın məlumatına görə, əhalinin pulunu geri götürməsinə səbəb ilin sonunda bir neçə bankın bağlanacağına dair xəbərlər olub.

Nəzərə çatdıraq ki, hazırda 5 bank ləğv edilmə prosesindədir. 9 bank isə Mərkəzi Bankın məcmu kapitalla bağlı tələbinə cavab vermir.

Son məlumatlara görə, Mərkəzi Bank problemli bankları nəzarətə götürüb. Həmin banklarda depozit qəbulu dayandırılıb.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm