Ərdoğan istədi, Berdıməhəmmdov buraxdı
Bizi izləyin

Digər

Ərdoğan istədi, Berdıməhəmmdov buraxdı

Aşqabadda orta məktəb şagirdinə sillə vurduğu üçün həbs edilən türk müəllim Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın səyi nəticəsində azad edilib.

Publika.az “Sabah”a istinadən xəbər verir ki, Türkmənistanda müəllim işlədiyi zaman həbs olunan türk müəllim Həmdi Həmid Poladın dramı Ərdoğanın Aşqabada səfəri zamanı sona çatıb. Belə ki, Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov Ərdoğanın xahişi ilə Poladı həbsdən azad edib.

Xatırladaq ki, Türkmənistanın paytaxtı Aşqabadda orta məktəb müəllimi işləyən Polad şagirdi döydüyü iddiası ilə 2014-cü il mayın 20-də 2 il müddətinə həbs cəzası alıb.

Qabil

Oxumağa davam et
Reklam
Reklam

Gündəm