• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Müsavatda narazıların görüşü başladı

  • Digər
  • 8 Noyabr 2014 18:07
  • 358 Baxış
Müsavatda narazıların görüşü başladı

Müsavat Partiyasının qərargahında Qubad İbadoğlunun rəhbərliyi ilə başqan seçkilərinin nəticələrini qəbul etməyən narazıların görüşü başlayıb.

Publika.az xəbər verir ki, görüşdə 150-dən çox müsavatçı iştirak edir.

İlk olaraq çıxış edən Vurğun Əyyub yeni rəhbərliyi ittiham edib. O, haqlarında yalan və böhtanların yayıldığını bildirib: “Biz bura ömrümüzü, illərimizi qoyduğumuz partiyanın düşdüyü vəziyyətdən narahat olduğumuza görə toplaşmışıq. Ünvanımıza yalan və təhqirlər deyilir. Amma bizi narahat edən partiyanın gələcək taleyidir. Rəhbərliyə yazdığımız arayışa artıq cavab verilib və bu məsələ müzakirə olunacaq”.

Qubad İbadoğlu çıxışında sülhün tərəfdarı olduqlarını bildirib. Onun sözlərinə görə, başqalarından fərqli olaraq onlar birliyin olmasına çalışır: “Müsavat bu vəziyyətə düşməyə layiq partiya deyil. Güclənməyə layiq partiyadır. Qurultaydan və başqanlıq seçkisindən narazılar partiyanın güclənməsi, problemlərin aradan qalxması istiqamətində fəaliyyətlərini davam etdirəcəklər”.

Q.İbadoğlu bu tədbirdə bütün başqanlığa namizədlərin iştirakını arzu etdiyini vurğulayıb: “Bununla bağlı mətbuat vasitəsi ilə müraciət də etmişəm. Təkcə Səxavət Əlisoy iştirak edir. Ancaq bütün namizədlərin müzakirə aparması vacibdir. Partiya rəhbərliyinə ünvanladığımız rəsmi arayış-məktuba cavab verilib. Həm arayışa verdikləri rəy, həm də bundan sonra atacağımız addımlar müzakirə olunacaq. Bununla bağlı çox müxtəlif təkliflər var, fərdi və qrup görüşlərimiz zamanı müxtəlif təkliflər səsləndirilib”.

Asif

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR