Digər
Təhsil Nazirliyi yürüş etdi
Təhsil Nazirliyinin təşkilatçılığı ilə ölkəmizin müxtəlif ümumtəhsil məktəbləri və ali təhsil müəssisələrində təhsil alan şagird və tələbələrin, habelə professor-müəllim heyətinin iştirakı ilə “Bayraq yürüşü” keçirilib.
Təhsil Nazirliyindən Publika.az-a verilən məlumata görə, Dövlət Bayrağı Günü ilə əlaqədar təşkil olunan yürüşdə Təhsil nazirliyinin müxtəlif bölmə və struktur rəhbərləri, millət vəkilləri, ictimai xadimlər iştirak edib.
Bayraq yürüşü Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra tədbiri giriş sözü ilə açan təhsil nazirinin müavini Firudin Qurbanov qeyd edib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra üçrəngli bayraq, milli suverenliyimizin simvolu kimi, ölkənin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. “Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir.
Azərbaycanın müstəqillik əldə etdikdən sonra ilk dəfə olaraq ümummilli liderimiz Heydər Əliyev tərəfindən dövlət rəmzi kimi təsdiq olunan bu bayraq həm də bizim inkişafımızı, dünyaya açılışımızı simvolizə edir”, deyə . Sonra 500 nəfərdən çox iştirakçının qatıldığı yürüş Milli Parkda yerləşən Paraşüt qülləsindən başlayaraq Dövlət Bayrağı Meydanınadək davam edib. Yürüş iştirakçıları Dövlət Bayrağı Meydanında “Bayraq muzeyi” ilə tanış olub, xatirə fotoşəkili çəkdiriblər.
-
İdman22:04
"Qarabağ" finalda!
-
Hadisə21:49
Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar etdi
-
Magazin121:05
O getdi, mən də daha yoxam! - Əməkdar artist səhnə ilə vidalaşdı
-
Sosial19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı