“Azəryol” Çempionlar Liqasına yollanır
Bizi izləyin

Digər

“Azəryol” Çempionlar Liqasına yollanır

Avropanın ən böyük, möhtəşəm yarışı olan Çempionlar Liqasında ölkəmizi təmsil edən “Azəryol” voleybol klubu 12 noyabr 2014-cü il tarixində ilk görüşünü keçirəcək.

Klubun mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, öz qələbələri ilə Avropada layiqincə tanınan “Azəryol” Çempionlar Liqasında “B” qrupunda mübarizə aparacaq. Avropanın 20 ən güclü komandalarından biri olan “Azəryol” qrup mərhələsində Fransanın “Nantes VB”, Türkiyə “Fenerbahçe Grundig ISTANBUL” və Rumıniyanın “Stiinta BACAU” klubları ilə qarşılaşacaq.

Komandamız ilk görüşünü 12 noyabr saat 18:00-da doğma divarlar arasında Fransa təmsilçisi “Nantes VB” klubuna qarşı keçirəcək.

Qeyd edək ki, görüş "Azəryol" voleybol klubunun idman bazasında (Voleybol Mərkəzində) keçiriləcək. Giriş pulsuzdur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm