Büdcədə SOCAR-a vergi güzəştinin verilməsi nə vəd edir? – münasibət
Bizi izləyin

Digər

Büdcədə SOCAR-a vergi güzəştinin verilməsi nə vəd edir? – münasibət

Məlum olduğu kimi, 2015-ci il üçün büdcə zərfi Milli Məclisdə müzakirədədir. Artıq layihə komitələrin müzakirəsindən keçərək noyabrın 18, 19, 20 və 21-də plenar iclasda müzakirəyə çıxarılacaq. Diqqəti çəkənsə, bir neçə gün əvvəl büdcədə SOCAR-a 2015-ci ildə vergi güzəştinin verilməsidir.

Publika.az-a vəziyyəti şərh edən iqtisadçı-ekspert Rövşən Ağayev bildirir ki, dövlət büdcəsinin təhlilində, adətən, xərclər daha çox maraq doğurur:” Təbiidir, çünki xərləmələr bütün sosial qrupların - sahibkar və tələbədən tutmüş həkim, müəllim və əngəlli insanların maraqlarına toxunur. Amma gəlirlər olmasa, xərcləməyə vəsait də olmaz. Bu səbəbdən 2015-in dövlət büdcəsində gəlirlərlə bağlı problemli məsələləri araşdırmaq vacibdir. Əvvəla, gələn il dövlət büdcəsinin gəlirləri üzrə 5.7% və ya 1.054 milyard manat artım proqnozlaşdırılsa da, bu artımda iqtisadiyyatın potensialı hər hansı rol oynamayacaq. Büdcə məlumatlarından aydın olur ki, Vergilər Nazirliyi 2014-də 7.102 milyard manat, gələn il isə 7.112 milyard manat yığmağı planlaşdırır. Yəni, cəmi 10 milyon manatlıq cüzi bir artımdan söhbət gedir. Bu isə büdcənin ümimi artımının cəmi 0.9%-ni təşkil edir. Gəlirlər Neft Fondunun transferlərinin 1 milyard manatdan çox artımı hesabına baş verəcək. Nəticədə Fondun transferlərinin büdcədə payı 50%-dən 53.5%-ə yüksələcək, Vergilər Nazirliyinin payı 38.6%-dən 36.5%-ə enəcək. Bundan əlavə cəmi 8-10 min nəfərin çalışdığı xarici neft müqavilələri üzrə muzdlu işə görə gəlir vergisinin həcmi az qala 750-800 min nəfərin çalışdığı qeyri-büdcə təşkilatlarının gəlir vergisinə bərabərdir. Belə ki, 2015-ci ildə Hasilatın Pay Bölgüsü Sazişləri çərçivəsində 300.6 milyon manat, büdcə işçiləri üçün 261.6 milyon manat, qeyri-büdcə təşkilatları üzrə 390 milyon manat gəlir vergisi ödənəcək. Nəzərə alın ki, qeyri-büdcə təşkilatları içərisində Dövlət Neft Şirkəti, Azərsu, Aztelekom, Metropoliten, Xəzər Dəniz Gəmiçiliyi kimi iri dövlət şirkətləri də var”.

İqtisadçı deyir ki, gələn il neft sektorunun vergiləri 502 milyon manat azalacaq. Bu azalma Dövlət Neft Şirkəti üzrə 325 milyon manat, ABƏŞ üzrə 177 milyon manat olacaq.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm