Azərbaycan ağır texnikadan istifadə edib və edəcək - Rəsmi
Bizi izləyin

Digər

Azərbaycan ağır texnikadan istifadə edib və edəcək - Rəsmi

Silahlı Qüvvələrimiz digər dövlətlərin hava məkanına və sərhədlərinə daxil olmadan, ərazilərimiz çərçivəsində silahlanmada olan istənilən növ döyüş texnikasından istifadə edib, edir və bundan sonra da etmək niyyətindədir”.

“Silahlı Qüvvələrimiz digər dövlətlərin hava məkanına və sərhədlərinə daxil olmadan, ərazilərimiz çərçivəsində istənilən növ döyüş texnikasından istifadə edib, edir və bundan sonra da etmək niyyətindədir”.Bunu “Axar.az”a açıqlamasında Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Vaqif Dərgahlı deyib.

O, Ermənistan tərəfinin etdiyi çıxışların daxili auditoriyaya hesablandığını qeyd edib: “Ermənistanın hərbi-siyasi rejimi tərəfindən daxili auditoriyaya hesablanmış bu kimi və ya buna bənzər çıxışlar vaxtaşırı səsləndirilir.

Yanvarın ikinci ongünlüyündən qoşunların təmas xəttində vəziyyətin gərginləşməsi ilə müşayiət olunan atəşkəs rejiminin pozulması hallarının kəskin surətdə artması və kəşfiyyat-diversiya qruplarının müdafiənin ön xəttini keçmək cəhdləri erməni tərəfinin növbəti təxribatının təzahürü kimi qiymətləndirilir”.

V.Dərgahlı Azərbaycan ordusunun bundan sonra da öz sərhədləri daxilində istənilən döyüş texnikasından istifadə edəcəyini deyib.“Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin döyüşə hazırlığının daim artırılması və eləcə də onun maddi-texniki bazasının gücləndirilməsi istiqamətində atılan addımlar planlı şəkildə, mütəmadi olaraq həyata keçirilir. Bu istiqamətdə görülən işlər Müdafiə Nazirliyinin rəhbərliyinin daim diqqətindədir və uğurla davam edir.

Silahlı Qüvvələrimiz digər dövlətlərin hava məkanına və sərhədlərinə daxil olmadan, ərazilərimiz çərçivəsində silahlanmada olan istənilən növ döyüş texnikasından istifadə edib, edir və bundan sonra da etmək niyyətindədir”.

Qeyd edək ki, keçən həftə Ermənistan Müdafiə naziri Seyran Ohanyan Azərbaycanın bundan sonra da cəzalandırılacağını demişdi. O, son günlərdə cəbhədə yaranmış gərginlik zamanı guya Azərbaycan ordusunun raket və pilotsuz təyyarələrdən istifadə etdiyini bildirmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm