Rusiya kömürü Ukrayna parlament koalisiyasına problem yaratdı
Bizi izləyin

Digər

Rusiya kömürü Ukrayna parlament koalisiyasına problem yaratdı

Ukrayna Rusiyadan kömür alacağı halda, “Radikal” partiyası parlament koalisiyasına girməkdən imtina edəcək.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə partiyanın lideri Oleq Lyaşko “Facebook” səhifəsində yazıb.

Ukraynanın enerji kompaniyası olan "Sentrenerqo"dan dünən bildirilib ki, kömür çatışmazlığ ilə əlaqədar Rusiyadan kömür alınması barədə müqavilə bağlanılıb.

“Ukrayna Rusiyada 510 min ton kömür alacaq. Doğrudanmı, indiki hökumətdə təmsil olunanların hamısı başsızdır? Sənin vətəndaşlarını öldürən təcavüzkardan kömürü necə almaq olar? Hər kəsdən və nəyin bahasına olursa-olsun, kömürü almaq olar, amma işğalçılardan yox. Poroşenko və Yasenyuk, bu cinayəti dayandırın! Əks halda, “Radikal” partiyası koalisiyaya girməkdən imtina edəcək", - deyə Lyaşko yazıb.

Qeyd edək ki, Ukraynada kömür çatışmazlığı yaşanır. Hərbi əməliyyatlardan əvvəl kömürə olan tələbatın əsas hissəsi Donbas kömürü hesabına ödənilirdi. Hazırda şaxtaların əsas hissəsi separatçıların nəzarət etdiyi ərazidədir. Rusiya ilə bağlanılan müqaviləyə əsasən ilin sonuna kimi bu ölkədən bir tonu 80 dollar olmaqla 509 min ton kömür alınacaq.

Oktyabrın 26-da Ali Radaya keçirilən seçkilərin nəticəsinə görə, Arseniy Yasenyukun başçılıq etdiyi "Xalq cəbhəsi" partiyası, “Pyotr Poroşenkonun Bloku”, Lvov meri Andrey Sadovoyun "Qarşılıqlı yardım" partiyası, "Müxalifət bloku", Oleq Lyaşkonun “Radikal” partiyası və sabiq baş nazir Yuliya Timoşenkonun “Batkivşina” partiyası Ali Radaya keçmək üçün tələb olunan 5 faizlik baryeri keçə bilib. “Azadlıq" partiyası isə Ali Radadan kənarda qalıb.

Hazırda onlardan beşi koalisiyanın yaradılması haqqında danışıqlar aparırlar. Danışıqların iştirakçılarının arasında “Radikal” partiyası da var.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm