Digər
Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada diabetlə mübarizə günü ilə əlaqədar tədbir keçirilib
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın
təşəbbüsü ilə Rusiyanın Azərbaycanlı Gənclər Birliyi (RAGB)
İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin
(BMDTU) V.Vasilenko adına Daxili Xəstəliklərin Propedevtikası
Klinikasında Şəkərli diabetlə mübarizə günü təşkil
edib.
BMDTU-nun Endokrinologiya kafedrasının müdiri, professor Valentin
Fadeyev tədbiri açaraq qeyd edib ki, hər il Ümumdünya diabetlə
mübarizə günü bu xəstəliklə əlaqədar müəyyən mövzuya həsr olunur.
2014-2016-cı illərdə Ümumdünya diabetlə mübarizə gününün mövzusu
“Sağlam həyat tərzi və şəkərli diabet”dir.
Tədbirin təşkilatçılarından biri, RAGB-nin Nəzarət-təftiş
komissiyasının üzvü Samir Əliyev iştirakçılara uşaqlarda diabet
problemindən danışıb və qeyd edib ki, dünyada “gənclərin diabeti”
adlandırılan 1-ci tip şəkərli diabet xəstələrinin sayı artır. O
həmçinin şəkərli diabetlə mübarizədə sağlam həyat tərzinin
əhəmiyyətini xüsusi vurğulayıb.
BMDTU-nun tələbələri olan RAGB nümayəndələri Uşaq endikrinologiya
şöbəsinin müdiri Alisa Vitebskaya ilə birlikdə oyun formasında
balaca pasiyentlərə şəkərli diabet zamanı özünənəzarətin vacib
olduğunu izah ediblər. Sonra uşaqlar öz yeni dostları ilə birlikdə
müxtəlif müsabiqələrdə və oyunlarda həvəslə iştirak ediblər.
Tədbirin sonunda RAGB-nin nümayəndələri Heydər Əliyev Fondunun
vitse-prezidenti Leyla Əliyevanın adından tibb müəssisəsinə məişət
texnikası, uşaqlara isə hədiyyələr təqdim ediblər.
Klinikanın rəhbərliyi RAGB-nin sədri Leyla Əliyevaya, habelə
Diabetlə mübarizə günü tədbirinin təşkilində və keçirilməsində fəal
iştirak edənlərə minnətdarlığını bildirib.
-
Nəqliyyat19:48
Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO
-
Sosial19:12
Azərbaycanda tikintidə GÖRÜNMƏMİŞ HADİSƏ - VİDEO
-
Sosial18:40
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə MÜJDƏ
-
Sosial17:54
Əli Əsədov qərar imzaladı
-
Qarabağ 17:13
Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik
-
Rəsmi xronika16:13
Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
-
Nida Xəbər 16:08
SON DƏQİQƏ: Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - VİDEO