• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

İran-Azərbaycan-Rusiya dəmiryol xətti çəkiləcək

  • Digər
  • 17 Noyabr 2014 12:31
  • 316 Baxış
İran-Azərbaycan-Rusiya dəmiryol xətti çəkiləcək

"Rusiya Dəmir Yolları" ASC İrandan Azərbaycana və daha sonra Rusiyaya dəmiryol xətti tikmək və onu elektrikləşdirmək niyyətindədir.

Trend RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Dövlət Dumasının Nəqliyyat Komitəsinin sədri Yevgeni Moskviçev Dumanın spikeri Sergey Narişkinin noyabrın 16-dan 17-dək İranda işgüzar səfəri çərçivəsində müzakirə olunan məsələləri şərh edərkən bildirib.

Moskviçev deyib: "Son 3-5 il ərzində ikitərəfli münasibətlərdə tam anlaşma mövcuddur, dəmiryol, aviasiya və dəniz nəqliyyatı üzrə memorandumlar hazırlanıb və həmin sənədlərin 2015-ci il iyulun əvvəlində imzalanacağını güman edirəm".

Onun sözlərinə görə, İranla Rusiya arasında nəqliyyat sahəsində bəzi ikinci dərəcəli problemlər mövcuddur. Belə ki, İran hələ “Yaşıl kart” sistemini (OSAQO-nun bəznəri) tam işə salmayıb. İranlı sürücülər RF-də OSAQO-nu bir il müddətinə, rusiyalılar isə İranda cəmi 15 günlüyə götürə bilərlər: "İran (Nəqliyyat) Nazirliyi tərəfdən anlaşma var və bu məsələ müsbət həll olunacaq".

İran tərəfi isə Rusiyanın daxili sularına, çaylarına öz gəmilərinin çoxdəfəlik girişi imkanı ilə bağlı məsələ qoyur. O, bunun üçün iranlılardan çoxdəfəlik vizaların tələb olunduğunu izah edib. Komitə sədri bu məsələnin də həllini tapacağına ümidini ifadə edib və bununla bağlı problemlərin yaranmayacağını güman edir.

Moskviçevin sözlərinə görə, son 2-3 il ərzində dəmir yolu istisna olmaqla nəqliyyatın bütün növləri üzrə daşımalar artır.

Narışkinin İrana səfəri zamanı onun İran parlamentinin sədri Əli Laricani, eləcə də sabiq dövlət başçısı Əli Əkbər Haşimi Rəfsəncani ilə görüşləri planlaşdırılıb.

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR