Rusiyalı milyarder gələn il azadlığa çıxa bilər
Bizi izləyin

Digər

Rusiyalı milyarder gələn il azadlığa çıxa bilər

Rusiyada korrupsiyadan mühakimə olunan milyarder Vladimir Yevtuşenkonun ev həbsinin müddəti daha dörd ay uzadıldı.

Publika.az xəbər verir ki, “Sistema” şirkətinin idarə heyətinin sədri Yevtuşenko qanunsuz şəkildə əldə edilən pula və ya mülkiyyətə sahiblənməkdə günahlandırılır. Daha əvvəl də özəlləşdirmədə qanunsuzluğa yol verməsində günahlandırılaraq sorğulanan Yevtuşenko 29 ildir telekom və neft sektorunda fəaliyyət göstərir.

Xatırladaq ki, o, bu ilin aprel ayından başlayan yoxlamalardan sonra ev dustağı elan olunub. Həbs müddəti noyabrın 16-dək təyin edilib. Prokurorluğun iddiasına görə, “Forbes” jurnalının 9 milyard dollar sərvət ilə Rusiyanın 15-ci varlısı elan etdiyi Yevtuşenko 2003-cü ildə “Başneft” hissələrini özəlləşdirərkən çirkli pulların dövriyyəsindən 500 milyon dollar qeyri-qanuni qazanc əldə edib. Milyarderin günahı sübut olunarsa, onu 10 ilə qədər həbs cəzası gözləyir.

Nəzərə catdıraq ki, oliqarx 25 sentyabr 1948-ci ildə Smolenskdə anadan olub. 1973-cü ildə kimya mühəndisliyini oxuyub. 1980-ci ildə MDU-nin iqtisadiyyat fakultəsindən məzun olub. Müxtəlif dövlət müəssisələrinfə mühəndis, idarəçi işləyib. 1993-cü ildə “AFK Sistema” şirkətini qurub. "Rusiyanın Turkcelli" olan MTS-in böyük ortağıdır. Neftdən əkinçiliyə, mediaya qədər bir çox sektorlarda sərmayəsi var. Evlidir, iki uşaq atasıdır.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm