Formula-1-in ən bahalı komandaları hansılardır?
Bizi izləyin

Digər

Formula-1-in ən bahalı komandaları hansılardır?

“Forbes” Formula-1-in ən bahalı komandalarının reytinqini hazırlayıb.

Reytinqdə bildirilir ki Formula-1 komandası pulu müxtəlif vasitələrlə qazanır. Bunlardan birincisi sponsor müqavilələridir. Hansı ki müqavilənin dəyəri 1 milyon dollar və ya az ola bilər. Bəzən də pul müqaviləsi əvəzinə texniki dəstək nəzərdə tutulur. Burada da kifaəyt qədər böyük məqbləğdən söhbət gedir. Məsələn, “Ferrari” illik “Shell”, “Santander” və “Marlboro”-dan 200 milyon dollar alır.Digər gəlir mənbəyi - pul mükafatıdır.

Formula komandalarının digər maliyyə mənbəyi pul köçürmələridir. Bu məsələdə Formula-q telekanallarla, otellərlə, sponsorlarla razılaşır.

Formula-1-ə “Delta Topco” nəzarət edir. Holdinq FİA-dan (Beynəlxalq Avtomobil Federasiyası) avtomobil yarışlarının keçirilməsi hüququnu alıb. “Delta Topco”nun ən böyük səhmdarı “CVC Capital Partners” şirkətidir. Digər səhmdarlar “Waddell & Reed” investisiya şirkəti, milyarder Berni Yekklstoun və ailəsi,, “Lehman Brothers” və bir neçə minoritarlardır. FİA-nın özü üzə səhmlərin 1 faizinə sahibdir.

O ki qaldə ən bahalı komandaların siyahısına, Publika.az jurnala istinadən onları təqdim edir.

“Ferrari”

Komandanın dəyəri 1,35 milyard dollardır. 2013-cü ildə gəliri 460 milyon dollar olub. Ötən ilki büdcəsi 400 milyon dollar təşkil edib. Sahibi Fiat Chrysler Automobiles-dir.

“McLaren”

Komandanın dəyəri 810 milyon dollardır. 2013-cü ildə gəliri 810 milyon dollar, büdcəsi 280 milyon dollar olub. Komandanın sahibi “Bahrain Mumtalakat Holding”dir. Hansı ki, Ron Dennis və Mansur Odjey rəhbərlik edir.

“Red Bull”

Komandanın dəyəri 640 milyon dollardır. 2013-cü il üzrə gəliri 246 milyon dollar, büdcəsi 345 miylon dollar olub. Rəhbəri “Red Bull GmbH”-dir

“Mercedes”

Komandanın dəyəri 560 milyon dollardır. 2013-cü ildə gəliri 200 milyon dollar, büdcəsi 295 milyon dollar olub. Komandanın sahibi Daimler” şirkətidir

“Williams”

Komandanin dəyəri 380 milyon dollardır. 2013-cü ildə gəliri 169 milyon dollar, büdcəsi 150 milyon dollar təşkil edir. Sahibləri Frenk Ulyams, Patrik Xed, Toto Volff, Bred Xollinqerdir. Sözügedən şəxslər birjada ticarətlə məşğuldurlar.

“Lotus”

Komandanın dəyəri 245 milyon dollardır. Ötən il gəliri 149 milyon dollar, büdcəsi 225 milyon dollara bərabərdir. Sahibi “Genii Capital”, “Yota Devices”-dır.

“Force India”

Komandanın dəyəri 160 milyon dollardır. 2013-cü ildə gəliri 160 milyon dollar, büdcəsi 100 milyon dollar olub.Sahibi Sahara Group, Vidjay Malliya, Mixel Mol və ailəsidir.

“Sauber”

Komandanın dəyəri 155 milyon dollara bərabərdir. 2013-cü ildə gəliri 90 milyon dollar, büdcəsi 140 milyon dollar olub. Sahibi Peter Zauber, Monişa Kaltenbordır.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm