Çin və Avstraliya arasında sərbəst ticarət razılaşması imzalandı
Bizi izləyin

Digər

Çin və Avstraliya arasında sərbəst ticarət razılaşması imzalandı

Çin və Avstraliya arasında 10 il davam edən müzakirələrdən sonra sərbəst ticarət razılaşması imzalanıb.

Publika.az xəbər verir ki, tarixi razılaşma Çinin dövlət başçısı Şi Cingpinginin Avstraliya səfəri zamanı rəsmiyyətə minib. Gələn il tətbiq olunmağa başlayacaq razılaşmadan sonra iki ölkə arasındakı ticarətin həcminin 20 milyard dollar artması gözlənilir. Razılaşmaya əsasən, Avstraliya hökuməti Çindən gələn məhsullardan gömrük vergisi almayacaq. Çin hökuməti isə Avstraliyadan gələn məhsulların 85 faizini gömrük vergisinin xaricində tutacaq.

Sazişin ən çox dağ-mədən, kənd təsərrüfatı, heyvandarlıq, ticarət, investisiya, infrastruktur, enerji, mədənçilik və maliyyə sektorlarına müsbət təsir etməsi gözlənilir.

Onu da qeyd edək ki, Çin Avstraliyanın ən böyük ticarət ortağıdır. Bu ölkəyə ixrac ümumi daxili məhsulun 5,3 faizini təşkil edir. Çin noyabr ayında Cənubi Koreya ilə də sərbəst ticarət razılaşması imzalamışdı.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm