2015-ci ildə vergi gəlirləri cari illə müqayisədə artacaq
Bizi izləyin

Digər

2015-ci ildə vergi gəlirləri cari illə müqayisədə artacaq

“2015-ci ilin büdcə layihəsi dövlət büdcə xərclərinin stabilləşdirilməsi, neft gəlirlərinin büdcə məqsədləri üçün istifadə olunan məbləğinin optimallaşdırılması dünya bazarlarının ölkə iqtisadiyyatına konyunktur təsirlərinin mərhələlərlə optimallaşdırılmasına imkan yaradacaq”.

Publika.az xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

V. Gülməmmədov bildirib ki, dövlətin məqsədyönlü siyasəti nəticəsində qeyri-neft sektorunun dominantlıq təşkil etməsi ilə bağlı iqtisadi modelə keçidi uğurla reallaşdırılacaq: “Vergi daxil olmalarının yığım əmsalının artırılması ilə bağlı tədbirlər, qeyri-neft sektorunun gəlirlərinin müsbət dinamikasının qorunması 2015-ci ilin dövlət büdcəsində prioritet elan olunub.

2015-ci ildə vergi gəlirləri cari illə müqayisədə 2.3, qeyri-vergi gəlirləri isə 8.2 faiz artıb. Hesab edirik ki, vergi inzibatçılığının gücləndirilməsi ilə bağlı tədbirlərin davam etdirilməsi həmin proqnozları özünü doğruldacağına əminlik yaradır. Neft sektorundan dövlət büdcəsinə daxil olan vəsaitin məbləği azalacaq. 2015-ci ilin dövlət büdcəsi xərclərinin təqribən 33%-ni büdcə investisiyaları təşkil edəcək”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm