Ayrılığı toyla qeyd etdilər – FOTOLAR
Bizi izləyin

Digər

Ayrılığı toyla qeyd etdilər – FOTOLAR

Sevgilisindən ayrılan qadınlar, adətən, gecəni dondurma və burun dəsmalı ilə keçirirlər.

Lakin çinli qadın ayrılığı tamamilə fərqli şəkildə qarşılayıb. O, qəm-qüssənin öhdəsindən gəlmək üçün onu atan kişi ilə toy təşkil edib.

Özünü “Dudu” adlandıran tələbə qadın Çinin Vençjou şəhərində yaşayır. Qadının jurnalistlərə verdiyi məlumata görə, qız özündən 11 yaş böyük olan biznesmen kişi ilə restoranda tanış olub və bir müddət onunla görüşüb. Tələbə qız deyib: “Mən onu yaraşıqlı və romantik hesab edirdim. Arzularımın kişisinə rast gəldiyimi və onunla bir ömür boyu yaşayacağımı düşünürdüm”.

Lakin kişinin evli olduğunu bildikdə Dudunun arzuları puç olub. Qadın biznesmeni sevdiyi üçün evli kişi ilə qalmağa razılıq verib. Lakin biznesmenin həyat yoldaşı ərinin xəyanətindən şübhələnməyə başlayıb. Buna görə də, kişi Dudu ilə münasibətlərə son qoymaq qərarına gəlib. Bu xəbər Dudu üçün zərbə olub və o, sevgilisi ilə vidalaşmaq üçün unikal bir yol seçib. O, ayrılıq acısına tab gətirmək üçün simvolik toy təşkil edib.

Qadın sevgilisi ilə simvolik toy etməklə onu əbədi yaddaşında saxlayacağını güman edib. Baş tutan toyda onlar gəlin və bəy kimi geyinib və barmaqlarına üzük keçiriblər. Amma toyun sonunda onlar ayrılmalı olub. Cütlük toydan olan fotoları KİV-lə bölüşüb. Mətbuatda onların şərti adları verilib və fotolarda üzləri örtülüb. Toyda isə qonaqlar iştirak etməyib.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm