Millət vəkili narazılıq etdi: “Kredit faizləri yüksəkdir”
Bizi izləyin

Digər

Millət vəkili narazılıq etdi: “Kredit faizləri yüksəkdir”

“2015-ci ildə ölkə miqyasında qazlaşma başa çatmalıdır”. Bunu Milli Məclisin bugünkü plenar iclasında Ana Vətən Partiyasının (AVP) sədri, deputat Fəzail Ağamalı 2015-ci ilin dövlət büdcəsi ilə bağlı çıxışı zamanı deyib.

Publika.az-ın məlumatına görə, deputat həmçinin bildirib ki, bu mənada Salyan və Neftçala rayonlarının kəndləri də tam qazlaşdırılmalıdır: “Kənd təsərrüfatı sahəsinin inkişafına xüsusi diqqət yetirilməldir. Emal müəsssəlirinin yaranmasına imkan yaradılmalıdır: “Bu sahədə xüsusi güzəştlərin tətbiqinə ehtiyac var. Bununla yanaşı, daxili bazarı da qorumaq lazımdır. Xarici məhsulların ölkəyə gətiriliməsi yerli fermerlərin uduzmasına səbəb olur. Bu məsələ də nəzərə alınmalıdır. Xaricdən gələn meyvə-tərəvəzlərə rüsumun az olması ölkə daxilindəki fermerlerin məhsulunu bazara çıxarıb satmağa çətinlik yaradır. Bu vəziyyət düzəlməlidir”.

Parlament təmsilçisi kommersiya banklarından da şikayət edib: “Faizlər həddindən artıq çoxdur. 5 milyon nəfərin banklardan kredit götürməsi xoşagəlməz haldır. Bunun qarşısını ala bilmirlərsə, təklif edirəm ki, biz də Mərkəzi Banka bu istiqamətdə təkliflər verək. Bununla da əhalini kommersiya banklarının nəhəng mədəsindən qurtara bilərik”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm