Valeh Ələsgərov: “Energetika sahəsində paylayıcı sistemlərdə yaranan problemlər aradan qaldırılmalıdır”
Bizi izləyin

Digər

Valeh Ələsgərov: “Energetika sahəsində paylayıcı sistemlərdə yaranan problemlər aradan qaldırılmalıdır”

Bu gün TANAP və TAP layihələrinə, Bakı-Tbilisi-Ceyhan xəttinə pul ayırmasaq, vəziyyətimiz necə olar? Bura pullar xərclənirsə, bu məqsədyönlü və əhalinin rifah halının yaxşılaşdırılmasına görədir. Hökumət üzvləri Azərbaycan xalqının mənfəətini nəzərə alıb”.

Publika.az xəbər verir ki, belə bir bəyanatla Milli Məclis sədrinin müavini Valeh Ələsgərov çıxış edib. O, neftin qiymətinin düşəcəyi təqdirdə, Azərbaycana dəyə biləcək ziyan barədə səslənən fikirlərə münasibət bildirib.

Valeh Ələsgərov deyib ki, Azərbaycan hökuməti bütün ssenariləri nəzərə alıb. “Lakin əsas məsələ beynəlxalq aləmdə gedən oyunlardır və buna kimsə nəzarət edə bilmir. Neftin qiyməti 1999-cu ildə 10 dollara düşəndə dünya dağılmadı ki? Xeyr! Buna görə də səslənən fikirlər əsassızdır. Ona görə də tənqidi fikir deyənləri təmkinli olmağa çağırıram”.

Milli Məclis rəsmisi söyləyib ki, büdcə xərcləri hərtərəfli düşünülərək nəzərə alınıb və hər sahəyə pul artırılması ilə bağlı deyilən təkliflər başa düşülən deyil. “Hər bir sahəyə qoyulan puldan gəlirlər əldə edilir. Amma kimsə demədi ki, büdcəmizə nə qədər gəlirlər gələcək. Ayrılan vəsaitlərin nəticəsi barədə də danışmaq lazımdır”.

Valeh Ələsgərovun sözlərinə görə energetika sahəsində paylayıcı sistemlərdə yaranan problemlər aradan qaldırılmalıdır. “ “Azərenerji” bununla bağlı problemləri aradan qaldırmalıdır. Yoxsa, biz maliyyə itkisi ilə üzləşəcəyik”,- deyə Valeh Ələsgərov bildirib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm