Şok iddia: Rusiya, Çin və ABŞ “peyk qırıcıları" üzərində işləyir
Bizi izləyin

Digər

Şok iddia: Rusiya, Çin və ABŞ “peyk qırıcıları" üzərində işləyir

Rusiya, Çin və ABŞ “peyk qırıcıları" üzərində işləyir.

Publika.az-ın verdiyi xəbərə görə, bu barədə “The Moscow Times” qəzetində jurnalist Metyu Bodner yazıb.

Onun sözlərinə görə, daha əvvəllər manevrlər etmiş Rusiyanın naməlum kosmik gəmisi “peyk qırıcıları"nı xatırladır. M.Bodner qeyd edib ki, bu manevrlər Rusiya hərbi provokasiyalarının tezliklə kosmosda da özünü göstərəcəyi barədə qorxular doğurdu.

Lakin ekspertlər bildirir ki, Rusiya yer orbitində dinamik və potensial olaraq öldürücü texniki vasitələr hazırlayan yeganə kosmik ölkə deyil. İllərdir ki, həvəskar kimi perkləri müşahidə edən hərbi ekspert Robert Kristi qeyd edir ki, Rusiya ilə yanaşı Çin və ABŞ-da oxşar potensialın hazırlanması ilə məşğuldur.

Amerika Kosmik Agentliyində (NASA) mühəndis işləmiş Ceyms Oberq deyib ki, Çin və Rusiyanın bu yaxınlarda həyata keçirdiyi kosmik sınaqları rəsmi olaraq elan olunmamışdı. O, sınaqların sülh məqsədlərinə xidmət etmədiyini bildirib.

“The Moscow Times” qəzeti yazır ki, Rusiya bu sahədə digər ölkələri qabaqlamır: “ABŞ bu cür manevrləri ən azı iki dəfə keçirib. Amma Çin son dörd il ərzində ən azı üç dəfə bunu edib”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm