“Müəllimlərin, elm adamlarının attestasiyası vacibdir”
Bizi izləyin

Digər

“Müəllimlərin, elm adamlarının attestasiyası vacibdir”

Biz müəllimlərin, elm adamlarının əmək haqları 150-200 manat artsa, büdcəyə əlavə 800 milyon manata yaxın vəsait lazımdır. Lakin bu vəsaitin mənbələrini müəyyən etmək çətindir”.

Publika.az-ın məlumatına görə bunu Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri, deputat Şəmsəddin Hacıyev parlamentin plenar iclasında deyib. O bildirib ki, elm sahəsində islahatlarla məsələni həll etmək olar.

Komitə sədri deyib ki, müəllimlərin, elm adamlarının attestasiyası vacibdir. “Bununla yanaşı həftəlik dərs saatlarına da baxmaq lazımdır. Hər müəllimə uyğun da maaş sistemi tətbiq edilməlidir”,- deyə Şəmsəddin Hacıyev bildirib.

Leyla Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm