Qəzalar can almağa davam edir: 71 nəfər öldü
Bizi izləyin

Digər

Qəzalar can almağa davam edir: 71 nəfər öldü

Ötən il istehsalat qəzaları nəticəsində 71 nəfər ölüb

Ötən il istehsalat qəzaları nəticəsində 71 nəfər ölüb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən qeydə alınan istehsalatda bədbəxt hadisələrin sayı 2012-ci illə müqayisədə 26,8 % azalaraq 2013-cü ildə 155-ə enib.

Bu barədə Publika.Az-a ƏƏSMN-nin mətbuat xidmətindən məlumat verilib.

Həmin hadisələr nəticəsində dünyasını dəyişənlərin sayı 13% azalmaqla ötən il 71 nəfər, xəsarət alanların sayı isə 24% azalmaqla 120 nəfər təşkil edib.

İstehsalat qəzalarının tikinti sektoruna aid göstəricilərində də azalma özünü göstərib. Belə ki, ötən il tikinti sektorunda 51 istehsalat qəzası baş verib və bu qəzalar nəticəsində 27 nəfər dünyasını dəyişib, 28 nəfər xəsarət alıb. Bu göstəricilər 2012-ci ildəki ilə müqayisədə müvafiq olaraq 3,7%, 25% və 48% azdır.

Dövlət Əmək Müfəttişliyi Xidməti baş vermiş istehsalat qəzaları ilə bağlı əmək qanunvericiliyinə müvafiq şəkildə tədbirlər görüb.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm