• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

İsa Qəmbərin ətrafı

  • Digər
  • 20 Noyabr 2014 15:34
  • 733 Baxış
İsa Qəmbərin ətrafı

FAKT

“Müsavatın sabiq başqanı İsa Qəmbər partiya daxilindəki savaşın əslində iqtidar - Müsavat savaşı olduğunu yazıb”

ŞƏRH

Nəhayət, Müsavatın sabiq başqanı İsa Qəmbər partiya daxilindəki qarşıdurmalara münasibət bildirdi. İ.Qəmbər qaliblərlə narazılar arasındakı qarşıdurmanı iqtidar-Müsavat savaşı kimi yozdu. Elə isə aydın olur ki, Müsavatın sabiq başqanının ətrafında illərlə iqtidara işləyən insanlar olub ki, bu gün onlar fürsətdən istifadə edərək partiyanı dağıtmağa çalışırlar. Daha konkret desək:

Qubad İbadoğlu - 15-dək kitabı və elmi əsəri dünyanın 10-dan çox ölkəsində çap olunan, xarici ölkələrdə təcrübə keçən, uzun illər pedaqoji fəaliyyətlə məşğul olan, QHT sektorunda kifayət qədər tanınan, beynəlxalq ekspert, həmçinin Müsavat üzvü, uzun illər İsa Qəmbərin silahdaşı olan, partiya başqanlığına sabiq namizəd olan bu şəxs, sən demə, iqtidar cəbhəsində imiş.

Hikmət Hacızadə - AXC-nin yaradıcılarından, ilk idarə heyətinin üzvlərindən, 1993-cü ildən Müsavat Partiyasının və onun Divanın üzvü, Xalq Cəbhəsi və Müsavat Partiyasının nizamnamə və məramnamələrinin tərtibçilərindən biri, partiyada liberal qanadın lideri olan, həmçinin QHT sektorunda tanınan bu şəxs, sən demə, Müsavata qarşı cəbhədə vuruşurmuş.

Səxavət Əlisoy - Müsavatda başqanlığa namizəd olacaq qədər partiyada irəli getmiş, digərlərindən fərqli olaraq Facebook-da və mətbuatda açıq danışmağı sevən, Qubad İbadoğlunu dəstəkləyən bu şəxs və bir müddət öncə İsa Qəmbər tərəfindən müşavirlikdən çıxarılan Hüseyn Məlik də Müsavata qarşı cəbhədə imiş.

Vurğun Əyyub - Azərbaycanda yaradılmış ilk qeyri-hökumət təşkilatı “Çənlibel” elmi-ədəbi birliyinin yaradıcılarından və sədri olan, 1992-1993-cü illərdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına rəhbərlik edən, 1992-ci ildən Müsavat Partiyası Bərpa Mərkəzinin üzvü olan, birinci müavin vəzifəsinə qədər yüksələn bu şəxs sən demə əks cəbhədədir.

Narazılar tərəfdə təmsil olunan digərlərini sadalamağa ehtiyac yoxdur. Əgər illərdir Müsavatda can qoyan bu şəxslər əslində iqtidarın cəbhəsində imişsə, demək ki, İsa Qəmbər illərdir ikili oynayan adamların əhatəsindəymiş.

Müsavatda istər rəhbərlikdə təmsil olunan, istərsə də sıravi üzvlərin Facebook-dakı fəaliyyətini izlədikdə aydın olur ki, onlar üçün həqiqət, partiyanın gələcəyi, gələn il parlament seçkilərindəki təmsilçilik önəmli deyil. Daha çox qarşı tərəfə nə qədər zərbə vurmaq olar, onları nə cür xain çıxarmaq yolunda çaba göstərilir.

Arif Hacılı tərəfdarları “vur de, vuralım” prinsipi ilə Müsavatdan istefa verən hər çəkili şəxs haqqında ironik fikirlər yazır, əslində onların partiyada elə də çəkisi olmadığını bildirirlər.

Çəkisi olmayan Nəsib Nəsibli, Hikmət Hacızadə partiyadan gedibsə, görəsən, çəkisi olanlar kimlərdir?

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR