Digər
Hadı Rəcəbli: “Kurort və sanatoriya üçün ayrılan vəsaitin həcmi artırılmalıdır”
“Kurort və sanatoriya üçün ayrılan vəsaitin həcmi artırılmalıdır. Çünki 2015-ci ildə Avropa Oyunları ili olduğu üçün şəhərin mümkün qədər boşaldılmasına ehtiyac var”.
Publika.az xəbər verir ki, bunu Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib. O bildirib ki, komitədə Dövlət Sosial Müdafiə Fondunun 2015-ci il büdcəsinin müzakirəsi zamanı deputatlar belə bir təklif irəli sürüblər.
DSMF-in büdcəsi haqqında danışan komitə sədri büdcənin baş xəttinin prezidentin sərəncamı əsasında hazırlandığını vurğulayıb: “Bu il DSMF-in gəlirləri 3 milyardı ötüb. Bu isə əvvəlki ilin göstəricilərindən 14% çoxdur. Bu, sevindirici haldır. Dövlət tərəfindən Fonda transfertlərin həcmi də azalıb. Son rəqəmlər göstərir ki, sığortaya cəlb olunanların sayı 1,5 milyondur. Fondun debitor borclarının yığılması ilə bağlı nəzarət gücləndirilərsə, bu zaman Fondun gəlirləri də arta bilər. Fondun 2015-ci il üçün gəlirlərinin 98%-i əhaliyə ödəniləcək. Ölkədə sığorta haqqı ödəyənlərin sayı 3 milyona yaxındır. Gələn il təkcə hamiləlik və doğuma görə ödəniləcək vəsait 30 faiz artacaq”.
Hadı Rəcəbli yaşayış minimumun növbəti il üçün nəzərdə tutulan məbləğindən də danışıb. Məlum olub ki, bu rəqəm 131 manat nəzərdə tutulub: “Burada əmək qabiliyyətli əhali üçün yaşayış minimumu 140 manat , pensiyaçılar üçün isə bu rəqəm 108 manat olacaq. Ehtiyac meyarı isə 105 manat nəzərdə tutulub. Bu rəqəm hər il mütəmadi olaraq artır”.
İqtisadiyyat şöbəsi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB19 Aprel 21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 19 Aprel 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi