Tahir Salahovun ev muzeyində konfrans keçirilib – FOTOLAR
Bizi izləyin

Digər

Tahir Salahovun ev muzeyində konfrans keçirilib – FOTOLAR

“Azərbaycan paytaxtları” mövzusunda elmi-praktik konfrans keçirilib.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən Publika.az-a verilən məlumata görə, noyabrın 21-də sözügedən idarənin Elmi-Mədəni Mərkəzi tərəfindən keçirilən elmi-praktik konfransda əsas məqsəd qədim şəhərsalma mədəniyyətinə malik Azərbaycanın paytaxt şəhərləri, onların dövlətçiliyimizin tarixindəki yeri, ictimai-siyasi və mədəni rolunun araşdırılmasına töhfə verməkdən ibarətdir.

Konfransda idarənin əməkdaşları ilə yanaşı, bir sıra tarixçi alimlər də iştirak edib. Azərbaycanın orta əsrlərdə paytaxt şəhərləri və onların ölkəmizin tarixində rolu, erkən şəhər mədəniyyəti, qədim paytaxt şəhərlər və onların tarixi mənbələr əsasında araşdırılması, şəhərsalma mədəniyyəti, memarlıq komplekslərinin və ansambllarının inkişafı, İçərişəhərin paytaxt şəhər kimi rolu və s. mövzularda məruzələr səsləndirilib, mövzuya dair müzakirələr aparılıb.

Tədbirin sonunda iştirakçılara elmi-praktiki konfransın ayrıca kitab şəklində nəşr edilmiş tezislər və məqalələr topluları təqdim olunub.

Konfrans Tahir Salahovun ev muzeyində keçirilib.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm