• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

İnternetdə tanış olduğu İŞİD-çiyə ərə gedən holland qadının Suriya sərgüzəşti - DRAM

  • Digər
  • 22 Noyabr 2014 17:46
  • 2 098 Baxış
İnternetdə tanış olduğu İŞİD-çiyə ərə gedən holland qadının Suriya sərgüzəşti - DRAM

Anasının səyləri ilə İŞİD-in əlindən xilas edilən və Hollandiyaya dönən 19 yaşındakı Aiçanın Suriya sərgüzəştinin detalları ortaya çıxıb.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, ana və atasından ayrı yaşayan Maastrit sakini Sterlinanın həyatı keçən il sosial şəbəkələrdən birindəki tanışlıqdan sonra dəyişib.

Sterlina internet vasitəsilə tanış olduğu Hollandiya ordusunun keçmiş əsgəri, milliyyətcə türk Ömər Yılmaza aşiq olub. Adını "Aiça" olaraq dəyişdirən Sterlina qısa müddətdə radikallaşıb və hicab geyinməyə başlayıb.

Ailəsi ilə əlaqələri pozulan Aiça Suriyaya gedərək evlənməyə hazırlaşıb. Qızın bu planından xəbərdar olan Maastrit bələdiyyəsi Aiçanın pasportunu müsadirə edib. Gənc qadın Türkiyə və Avropa Birliyi ölkələrində pasport əvəzində istifadə olunan şəxsiyyət vəsiqəsi ilə fevral ayında qatarla Türkiyəyə çatıb.

Buradan Suriyaya keçən Aiça Ömər Yılmazla görüşüb. Yılmaz və Aiça dini kəbin yolu ilə evlənib. Ancaq bu evlilik 3 ay davam edib. Aiçadan sıxılan Yılmaz gənc qızı zorla tunisli İŞİD-çiyə ərə verib.

Tanımadığı və sevmədiyi bir insanla zorla “evlənməyə” məcbur edilən Aiça anası Monikadən kömək istəyib. İddiaya görə, Monika Türkiyəyə gələrək hicab geyib, İŞİD-in "xilafət mərkəzi" olan Rakkaya keçib və qızını terrorçuların əlindən xilas edib.

Aiçanın pasportu olmadığı üçün bir müddət Türkiyədə qalan ana-qız Hollandiyanın Türkiyədəki səfirliyinin dəstəyi ilə bu həftə Hollandiyaya dönüb.

Hollandiya təhlükəsizlik orqanları hazırda Aiça ilə bağlı araşdırma aparır.

Ömər Dağlı

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR