Bankların aktivləri artıb
Bizi izləyin

Digər

Bankların aktivləri artıb

Noyabrın biri tarixinə Azərbaycanda bankların aktivləri 23 936,2 milyon manat təşkil edib.

Publika.az xəbər verir ki, bankların aktivləri son bir ayda 430 milyon manat artıb. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə aktivlərin 22,1 faiz artması deməkdir. Ötən ayın əvvəlinə ölkənin hüquqi və fiziki şəxslərinə 17.6 milyard manat kredit verilib. Bu məbləğ 19.2 faiz artıb. Onun 79.4 faizi uzunmüddətli olub. 5.5 faizinin ödəmə vaxtı keçib. Kredit faizlərinə gəlincə, Mərkəzi Bankın məlumatına görə, 2014-cü ildə Azərbaycan iqtisadiyyatı üzrə faiz dərəcəsi 14,3 % təşkil edib. Kommersiya kreditləri üzrə faiz dərəcələri 10,8 % olub. Bu kreditlərin dörddə birini təşkil edən istehlak kreditləri üzrə faiz dərəcəsi 18 % -dir. Təminatsız istehlak kreditləri üzrə faiz dərəcələri 35 %-ə çatır.

Mərkəzi Bank ölkədə bank faizlərinin yüksək olmasını əhalinin öz əmanətlərini banklara yüksək faizlə yerləşdirməsi ilə əlaqələndirir.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm