OPEK İran, İrak Liviyanı hasilatı azaltmaqla bağlı qərardan azad edə bilər
Bizi izləyin

Digər

OPEK İran, İrak Liviyanı hasilatı azaltmaqla bağlı qərardan azad edə bilər

OPEK İran, İrak Liviyanı hasilatı azaltmaqla bağlı qərarda sərbəst buraxa bilər.

Publika.az-ın məlumatına görə, bu barədə “Bloomberg” öz etibarlı mənbələrinə istinadən məlumat verib.

Agentlik bildirir ki, OPEK-in maliyyə nazirlərinin Vyanada noyabrın 27-də keçirlən görüşündə bu məsələnin müzakirə edilməsi gözlənilir. Üç ölkənin bu məsələdə sərbəst buraxılmasının səbəbi də onlarda neft hasilatının aşağı olmasıdır. İran, İrak Liviya oktyabrda gündəlik 7 milyon barel neft hasil ediblər.

OPEK-in ümumi hasilatı sutkada 31 milyon barel təşkil edir. İrak 2017-ci ildə hasilatı 2 dəfə artırmağı planlaşıdırır. Söhbət hasilatın 3,2 milyon bareldən 6 milyon barelə çatdırılmasından gedir.

Liviyanın gündəlik hasilatı 437 min barel olub. İran da əvvəlki ildən az neft hasil edir. 2014-cü ildə İranın orta hasilatı gündəlik 2,8 milyon barel olub. Bu da 2011-ci illə müqayisədə 23 faiz azalma deməkdir.

Nəzərə çatdıraq ki, noyabrın 24-də Brent tipli neftin yanvara olan “fyuçə” qiyməti 0,8 fazi ucuzlaşaraq, 79,68 dollara düşüb

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm