Türkiyə Rusiyadan təbii qazın qiymətini endirməyi tələb edir
Bizi izləyin

Digər

Türkiyə Rusiyadan təbii qazın qiymətini endirməyi tələb edir

Xəbər verildiyi kimi, Rusiya prezidentdi Vladimir Putinin bazar ertəsi Türkiyəyə səfəri reallaşacaq. Səfərdən əvvəl Türkiyənin Enerji və Təbii Ehtiyatlar naziri Taner Yıldız Moskvaya yola düşüb.

Publika.az xəbər verir ki, T.Yıldızın səfərinin məqsədi təbii qazın qiymətinin endirilməsi ilə bağlı Türkiyənin tələbini Rusiyanın diqqətinə bir daha çatdırmaqdır. Eləcə də Rusiyadan idxal edilən qazın həcmi ilə bağlı dəqiq səviyyənin müəyyənləşdirilməsi də müzakirələrə daxildir.

T. Yıldız yanvarın 1-dən etibarlı olacaq təbii qazın qiymətində endirilmə gedilməsini gündəmə gətirəcək. Rusiyanın enerji şirkəti “Qazprom” un rəhbəri Aleksey Millerlə artıq ötən həftədən danışıqlara başlanılıb. Meillerin özü isə əvvəlki şərhlərində Türkiyənin tələbi çərçivəsində təbii qazın qiymətində endirim üçün əhatəli həll paketi üzərində işlədiklərini bildirib.

Bu arada Rusiya mətbuatının yazdığına görə, görüşdə qiymətlə yanaşı Qara Dənizin altından keçən “Mavi Axın” xəttinin tutumunun artırılması mövzusu da gündəmə gətirilib. Artıq Rusiya “Mavi axın” qaz kəmərini maksimum yükləmək və onun gücünü ildə 16 milyard kubmetrdən 19 milyard kubmetrədək artırmaq barədə razılıq verib.

Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldıza istinadən verilən məlumatlarda qeyd edilir ki, ilkin hesablamalara görə, “Mavi axın”la Türkiyəyə əlavə qaz ixracına 2016-cı ilin əvvəlində başlanılacaq: "Biz artıq bu qazı 2015-ci ilin əvvəlində almağa hazırıq".

Qazın qiymətinə gəlincə, Türkiyə sorğusuna müsbət cavab veriləcəyinə ümidlidir.

Onu da qeyd edək ki, Rusiya Türkiyənin ən böyük təbii qaz tədarükçüsüdür. BOTAŞ ilə özəl şirkətlərin “Gazprom”dan bu il 30 milyard kubmetr qaz alması nəzərdə tutulur. Türkiyənin təbii qaz istehlakının 2014-cü ildə 48-49 milyard kubmetr olacağı gözlənilir.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm