• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Dünya bazarına gündəlik 2 milyon ton artıq neft daxil olur

  • Digər
  • 27 Noyabr 2014 14:55
  • 458 Baxış
Dünya bazarına gündəlik 2 milyon ton artıq neft  daxil olur

“Bazarda artıq neft gündəlik 2 milyon barelə çatır. Bunu aradan qaldırmaq lazımdır”

Publika.az xəbər verir ki, belə bir bəyanatla Venesuelanın energetika naziri Rafael Ramires çıxış edib.

O qeyd edib ki, bazara tələbatdan artıq neftin daxil olmasını yığışdırmaq istəyirlər. Nazir onu da bildirib ki, kvotanın azaldılması neftin qiymətinə də təsir göstərə bilər.Bununla belə, o, neftin qiymətinin düşməsi, uzun müddət ucuz satılması riskini istisna etməyib: “Venesuela kvotanın 5 faiz azaldılmasını dəstəkləməyə hazırdır”.

Nəzərə çatdıraq ki, bu gün Vyanada OPEK-ə daxil olan dövlətlərin nazirlərinin görüşüdür. Dünyanın neftə olan tələbatının 41 faizini ödəyən OPEK cari ilin üçüncü rübündə gündəlik 91,9 milyon ton barel neft bazara çıxarıb. Müzakirələrin sonunda OPEK-in hasilatı azaldıb-azaltmayacağı hələ də sual doğurur. Çünki təşkilata üzv olan 12 ölkə arasında bu yöndə ciddi fikir ayrılıqları var.

İqtisadiyyat şöbəsi

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR