Ukraynanın yeni Nazirlər Kabinetində dörd əcnəbi olacaq
Bizi izləyin

Digər

Ukraynanın yeni Nazirlər Kabinetində dörd əcnəbi olacaq

Ukraynanın yeni Nazirlər Kabinetində dörd əcnəbi işləyəcək.

Publika.az-ın “unian.net” saytına istinadən verdiyi məlumata görə, bu barədə “Pyotr Poroşenkonun Bloku”ndakı mənbə bildirib.

Məlumata görə, baş nazir Arseniy Yasenyuk hazırda parlament fraksiyalarının liderləri ilə bu məsələni müzakirə edir. Bildirilir ki, baş nazirin müavinlərindən biri gürcü təyin edilə bilər.

Xüsusi olaraq, mənbənin məlumatına görə, infrastruktur nazirinin Litvadan olması müzakirə olunur.

Bundan əvvəl də prezident Pyotr Poroşenko Nazirlər Kabinetində əcnəb təyinatlarının mümkünlüyündən danışmışdı. Ukrayna Nazirlər Kabinetinin tərkibinin dekabrın 2-də açıqlanacağı gözlənilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm