O, qurumun saxtakarlığına işarə vurdu – FTB araşdırmaya davam edir
Bizi izləyin

Digər

O, qurumun saxtakarlığına işarə vurdu – FTB araşdırmaya davam edir

UEFA prezidenti Mişel Platini səssizliyi pozub. O da DÇ-2018 və DÇ-2022 ilə bağlı qalmaqallara reaksiya verib.

Platini müvafiq olaraq həmin illərdə mundiallara ev sahibliyinin Rusiyadan və Qətərdən alınmasına işarə vurub.

Publika.az xəbər verir ki, qurum rəhbəri bunun səbəbi kimi mundialların ev sahibinin müəyyənləşməsi prosesinin saxtalaşdırılmasını göstərib:

“Məsələ ilə bağlı aparılan araşdırmaların nəticələri hər kəsə açıqlanmalıdır. Əgər səsvermə prosesində qanun pozuntusu olubsa, o zaman hər şey yenidən gözdən keçirilməlidir”.

Qeyd edək ki, mətbuat Rusiya və Qətərin dünya çempionatlarına ev sahibliyi ilə bağlı keçirilən səsvermələrin saxtalaşdırıldığını və FİFA-nın bəzi üzvlərinin rüşvət aldığını iddia edir. Məsələ ilə bağlı ABŞ-ın Federal Təhqiqatlar Bürosu da araşdırmalara başlayıb. (http://publika.az/p/51487)

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm