• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Maroş Şevkoviç: "Avropa İttifaqı Transxəzər kəmərinin tikilməsində maraqlıdır"

  • Digər
  • 29 Noyabr 2014 05:26
  • 543 Baxış
Maroş Şevkoviç: "Avropa İttifaqı Transxəzər kəmərinin tikilməsində maraqlıdır"

Avropa Ittifaqının (Aİ) vitse-prezidenti Maroş Şevkoviçin Turan agentliyinə müsahibə verib.

Publika.az-ın məlumatına görə, müsahibədə Avropanın qaz təchizatında Xəzər hövzəsi ölkələrinin və İranın rolundan danışılır.

Sual: Aİ-nin Transxəzər boru kəməri layihəsinə münasibəti necədir? Bu məsələ ilə bağlı Brüssel, Bakı və Aşqabad arasında aparılan danışıqlar hansı mərhələdədir?

Cavab: Aİ Transxəzər boru kəmərinin tikintisinə bütün tərəflərin strateji və kommersiya maraqlarına xidmət edən, faydalı layihə kimi baxır. Layihənin həyata keçirilməsi istiqamətində həm Azərbaycan, həm də Türkmənistan tərəfindən böyük öhdəlik götürülüb.

Əlbəttə ki, Aİ Transxəzər boru kəmərinin əlavə həcmi qəbul etməsində maraqlı olaraq, öz tərəfdaşları ilə işini konstruktiv şəkildə davam etdirəcəkdir.

Bu məqsədlə biz, 2011-ci ildə Avropa İttifaqı Şurasından alınan mandata uyğun olaraq həm Azərbaycan, həm də Türkmənistanla üçtərəfli danışıqları davam etdirəcəyik. Bundan başqa, ümid edirik ki, Cənub Qaz Dəhlizinin tikintisi Transxəzər boru kəməri ətrafında aparılan müzakirələrin sürətlənməsinə də töhfə verəcək.

Bu kontekstdə qeyd etmək istərdim ki, Transxəzər boru kəməri üzrə Ekoloji Texniki-İqtisadi Qiymətləndirmə bu yaxinlarda yekunlaşıb.

Sual: Necə bilirsiniz, Cənub Axını layihəsi həyata keçirilə bilər və hansı şərtlərlə? Bu məsələyə dair rəsmi Budapeştin mövqeyi ilə bağlı nə deyə bilərsiz?

Cavab: Avropada hər hansı digər iri infrastruktur layihəsində olduğu kimi, Cənub Axını layihəsinin inkişafının da əsas ilkin şərti möhkəm hüquqi və tənzimləyici bazanın mövcud olmasıdır. Bu baxımdan Komissiya aydın şəkildə dəfələrlə qeyd edib ki, Layihə daxili bazar və rəqabət haqqında Aİ qanunvericiliyinə tam uyğunlaşmayanadək Cənub Axını boru kəməri tikilə bilməz.

Cənub Axını üzrə Hökumətlərarası Sazişlər və onların indiyədək icra edildiyi qayda Aİ-nın qaydalar toplusuna uyğun olmadığından vəziyyət fərqlidir. Aİ qanunvericiliyinə uyğun olmayan boru kəmərləri daxili bazarın funksiyasını təhlükəyə məruz qoya bilər, Aİ-də təchizatın təhlükəsizliyi üçün risk yarada bilər.

Cənub Axını həm Avropa, həm də beynəlxalq hüquq baxımından çox mürəkkəb layihədir. Müəyyən edilmiş hüquqi məsələləri həll etmək məqsədi ilə Komissiya üzv dövlətlərə bu narahatlıq barədə müraciət edib.

Macarıstanda boru kəmərinin tikintisinə yol açan yeni düzəliş edilmiş Macarıstan qanunvericiliyinə gəldikdə isə Avropa Komissiyası hazırda bunun Avropa qanunvericiliyinin pozulması halı olub-olmadığını nəzərdən keçirməkdədir.

Biz hazırda bu məsələ ilə bağlı Macarıstan hakimiyyət orqanlarının izahatını gözləyirik. Əgər Komissiya qanuna edilmiş dəyişikliklərin Aİ qanunvericiliyini pozduğu qərarına gələrsə, biz Macarıstan Hökumətini qanuna dərhal düzəliş edib, onu Avropa qanunvericiliyinə uyğunlaşdırmasına çağıracağıq.

Sual: İranın Cənub Qaz Dəhlizi layihəsində iştirakı və bu marşrutla İrandan qazın Avropaya nəql edilməsi mümkündurmü?

Cavab: İran iri regional iştirakçıdır. Aİ münasibətləri yaxşılaşdırmaq marağındadir. Bizim qarşımızda təzəlikcə imkanlar pəncərəsi açılıb. İranın nüvə proqramı ətrafında aparılan hərtərəfli razılaşmada yaxşı tərəqqinin əldə edilməsi daha geniş əməkdaşlıq çərçivəsi üçün imkanlar aça bilər.

24 noyabr 2013-cü il tarixli Birgə Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin icrası ilə bağlı əldə edilən tərəqqidən də asılı olaraq, Aİ və İranın enerji əməkdaşlığını artırmağı ehtimal etmək olar.

İranin xam neft və qazın əsas ixracatçısı roluna dönməsi, Aİ-İran arasındakı əməkdaşlığın mühüm sahəsi ola bilər. Cənub Qaz Dəhlizinin açılması ilə İranın Aİ-nın qaz bazarına çıxmaq imkanı çox artır.

Ancaq aydın deməliyik ki, gələcəkdə qaz hasilatı ilə bağlı mövcud informasiyaya görə, İranın Avropaya əsas qaz ixracatçısı olması ehtimalı olduqca kiçikdir. Ən yaxşı ssenariyə əsasən 2030-cu ilədək 25-35 mlrd. kubmetr ixrac edilə bilər.

Bunun səbəbi ixrac marşrutlarının müəyyən edilməsi ilə bağlı çətinliklər, eləcə də böyük və artan yerli bazarın ehtiyaclarıdir.

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR