Bahalı avtomobillərə, evlərə və leyboristlərə pul xərcləyən hind yəhudisi – FOTOLAR + VİDEO
Bizi izləyin

Digər

Bahalı avtomobillərə, evlərə və leyboristlərə pul xərcləyən hind yəhudisi – FOTOLAR + VİDEO

Onun varidatı 14, 5 milyard dollardır. 2013-cü ildə pulu 81,4 milyon dollar azalıb. “Forbes”in qiymətləndirməsinə görə, 2013-cü ildə o, dünyanın ən varlı şəxslərinin arasında 51-ci, 2014-cü ildə 52-ci sırada yer alıb. Bununla belə, sərvətinin həcmini nəzərə alaraq onu Hindistanın beşinci varlı vətəndaşı adlandırırlar. Söhbət polad kralı Lakşmi Mittaldan gedir. O Mittal ki, 2013-cü ildə Parisdə 80 milyon dollara toy edərək dünyaya səs saldı.

Publika.az “Milyonçu” layihəsi çərçivəsində dünyanın ən böyük polad şirkəti “Arcelor Mittal” ortağı Lakşmi Mittalın həyat hekayəsini təqdim edir.

Lakşmi Nivas Mittal 1950-ci il iyunun 15-də Kəlküttədə biznesmen ailəsində anadan olub. Yazılanlara görə, atası Mohan Lalya polad alverçisi imiş. Ümumiyyətlə, Mital imperiyasının tarixi Hindistanın Kəraçi portundakı metal ticarətindən başlayır. Müstəqilliyin elanından sonra ailə şəhərbəşəhər gəzir. Mittal ailəsinin həyatı Kəlkütə yerləşdikdən sonra öz axarına düşür. Mohan Lalya Mittal dostu ilə birlikdə bərbad vəziyyətdə olan poladtökmə zavodunu alır. Zavodu işlək vəziyyətə gətirmək uzun müddət tələb etsə də, səbir göstərir. Nəhayət, zavodda polad məhsullarının istehsalına başlanılır. O dövrdə hökumət kommersiya strukturlarına inamla yanaşmasa da, Lalya Mittal onların etibarını qazanmağı bacarır. Özünün müəssisəsini “Ispat”ı yaradır. Əlindəki bütün vəsaitləri Kəlküttə yaxınlığında çuqunəritmə zavodunun tikintisinə yönəldir. Ailənin gəliri artır. Birinci zavodun tikintisi bitər-bitməz Layla Mittal daha iki zavodun tikintisinə qərar verir. Bu zaman işlərə nəzarət etmək üçün ona etibarlı insan lazım olur. Oğlu Lakşmi Mittal bu vəzifəni öhdəsinə götürür. Buna görə, o hətta təhsilini yarımçıq buraxır. Maraqlıdır ki, ailənin xoş günləri uzun çəkmir. Hökumətlə Mohan Layla Mittalın problemləri yaranır. O, bəzi işlərini təcili bitirib tam tikilməmiş zavodlarını da sataraq, İndoneziyaya köçür. Bəxti burada da ona yar olur. Tez bir zamanda İndoneziyada da 15 milyon dollar sərvət əldə edir.

Oğul Mittalın imperiyası

Göründüyü kimi, əvvəlcədən pul problemi olmayan Lakşmi Mittal varlılar üçün nəzərdə tutulan təhsil müəssisələrində oxuyur. 1975-ci ildə 25 yaşı olanda atasının satın aldığı dəmir tel məhsullarının istehsalı üzrə zavodun direktoru təyin edilir. Buradan da onun metal imperiyasının tarixi başlayır. İti ağlı və güclü intuisiyası olan Lakşmi məhsulun hazırlanmasında dəmiri azaldır. 1982-ci ildə zavod tikməyə razılıq alır. Az müddətdə bu zavod İndoneziyanın ən böyük özəl metaltökmə müəssisəsinə çevrilir. Biznes sahəsində fəaliyyət göstərdiyi 30 il ərzində onun şirkəti “Ispat International” dünyanın bütün regionlarına - Rumıniyaya, Bosniyaya, Cənub Afrikaya, Polşaya, İndoneziyaya, Qazaxıstana, Amerika Birləşmiş Ştatlarına, Ukraynaya yayılır. Təbii, bu sırada Hindistan istisna təşkil edir. 1990-cı ildə iş adamı ilə 1 milyard dollar qazanır.

1997-ci ildə o, şirkəti LNM (Lakshmi Narendra Mittal) kimi qeydiyyatdan keçirir. 2003-cü ildə “Ispat” və LNM “Mittal Steel Group”da birləşdirilir. “Mittal Steel S.A” Hollandiyada qeydiyyatdan keçilir. Şirkətin baş ofisi İndoneziyadan Londona köçrülür. Hazırda Lakşmi Mittal İngiltərənin ən zəngin iş adamlarından sayılır. Onun adı (The Sunday Times qəzeti) “İngiltərənin ən zəngin 1000 adamı” siyahısında çəkilir.

Ümumiyyətlə, L.Mittalın uğurunun sirri ondadır ki, o, gəlir gətirməyən və az gəlir gətirən müəssisələri alaraq modernləşdirir. “Mittal Steel Company”nin 2005-ci ildə net gəliri 3,365 milyard dollar, gəliri 28.132 milyar dollar olub.

Şəxsi həyatı

Lakşmi Mittalın şəxsi həyatı ilə bağlı çox az şey bəllidir. O məlumdur ki, evlidir, Aditya və Vanişa adılı 2 övladı var. İş adamının xanımı şirkətlərində mühüm post sahibidir. Ümumiyyətlə, Lakşminin şirkətlərində ailəyə yaxın adamlar, dostlar irəliyə çəkilir.

Lakşmi Hindistanda iş qurmasa da, əsl şərqlidir. Onun qızı Vanişaya etdiyi toy məclisini “Forbes” müasir tarixdə keçirilən dünyanın ən bahalı nikah mərasimlərinin sırasına daxil edib. Polad maqnatının qızı Vanişanın hind əsilli Amit Bxatia ilə evliliyi isə Lakşmiyə 80 milyon dollara başa gəlib. Gəlin, üstəlik, cehiz kimi milyardlarla dollarlıq cehiz də alıb. Qeyd edək ki, Vanişanın əri Amit Bxatianın bankirdir. Lakşmi onların evliliyinə 2004-cü ildə xeyir-dua verib. Cütlüyün nikah mərasimi dünyanın ən romantik şəhərində - Parisdə keçirilib. Mərasim düz 1 həftə davam edib. Toya bəy və gəlinin minə yaxın dostu, qohumu dəvət olunub. Dəvətnamələr gümüş sandıqçalarda göndərilib. Qonaqların Tyulers bağında gəzintisinə qədər təşkil olunub. Həmin ərəfədə bağa kənar şəxs buraxılmayıb. Ən ilginc məqam isə mərasimdə 5000 ədəd “Château Mouton-Rothschild” şərabının içilməsi, onlarla kiloqram kürünün yeyilməsidir.

İş adamının özəllikləri

Biznesmen kameraların qarşısında poza verməkdən səmimi şəkildə zövq alır. Özünün şəxsi təyarəsində uçmağı sevir. Bahalı və nadir avtomobillərə az qala dəlilik həddində pul xərcləyir. Bunun nəticəsidir ki, onun kolleksiyasına müasir və köhnə avtomobillər daxildir.

Rüşvət verdiyini danmır

Lakşmi müxtəlif ölkələrdə yüksək çinli məmurlara rüşvət verdiyini danmır. Yəqin ki, bu vərdiş onda atasının hind höküməti ilə problemlər yaşamasından sonra yaranıb: “Çoxları belə davranır. Lakin eyni zamanda ağızı bağlı saxlamaq lazımdır”.

Mittal hökümətin yüksək eşalonunda hər hansı məmurla tanışlığı olmadığı ölkədən şirkət almır. Polşadakı söz-söhbətlərə görə, iş adamı məhz keçmiş iqtisadi inkişaf nazirinin köməyi ilə zavod alıb. Lakşminin avropalıların qəzəbinə tuş gələn hərəkəti isə 2002-ci ildə Böyük Britaniyada seçki ərəfəsində leyborist partiyasına 125 min funt sterlinq xərcləməsidir. Bütün bunları isə o, Toni Bleyerin rumın zavodunun alınmasında ona yardımının qarşılığında edir. 2007-ci ildə Ukraynada “Krivorojstal”ı almaq üçün Yuliya Timoşenko ilə ünsiyyət qurur. “Arcelor”u aldığı zaman isə bunu Fransa prezidenti Jak Şirakla “müzakirələr” aparır.

“Hesab etmirəm ki, nə vaxtsa özümə "yetər" deyəcəm”

Polad maqnatı haqqında deyilən fikirlərdən biri də onun kimi insanların ortağının olmamasıdır. O, biznesini tək idarə edir. “LNM Group”un başçısı işçilərinin addımlarına müdaxilə etmir. Əksinə, hər bir bölmə rəhbəri qarşılarına qoyduğu məqsədə çatmaqda sərbəstdir. Menecerlər öz güclərinə biznes planlar hazırlayır və ona nail olmaqda məsuliyyət daşıyırlar. Lakşmi Mitalın özünün sözlərinə görə, bunun sayəsində idarəetmədə yüksək ruh var.

Biznesmenin bir arzusu var - beynəlxalq superşirkət yaratmaq. Mittal qarşısındakı bütün divarlara baxmayaraq buna çalışır: “Hesab etmirəm, nə vaxtsa özümə "yetər" deyə biləcəyəm”.

Lakşmi Mittal şirkətinin yeganə gəlir gətirən şəxsidir. O, gəlirlərinə ciddi nəzarət edir. Bunu vacib sayır. Ona görə də işçilərin sosial müdafiəsi yüksək olan ölkələrdə Mittal daim işçilərin tətilləri ilə qarşılaşır.

Bahalı ev

Lakşmi Mittalın adı həm də dünyanın ən bahalı evinə sahiblərin siyahısındadır. Londonun “milyarderlər xiyabanı” kimi tanınan Kensington Palace Gardens küçəsində 3 bina ona məxsusdur. Onlardan biri neoqeorqians stildə layihələndirilib. Ehtimallara görə, hindli oliqarx bu malikanəni oğluna alıb. Londonda Alderbruk parkını satın alıb. Sahəsi 136 hektar təşkil edən ərazidə 40 milyon dollara ekoloji saray tikdirməyi planlaşdırır. Lakşminin qızı Vanişa da əmlaka pul saymaqda atasından geri qalmır. Vanişa Londonda “Formul-1”in sahibi Barni Ekslestondan 128 milyon dollara ev alıb. Bu evdə 12 yataq otağı, nəhəng hovuz, saç salonu, bal zalı var.

Gəlininin və qızının biznesi

Qızı Vanişa Nyu-York hedcinq-fondu Roc Capital Managementdə səhm sahibidir. Alman moda evi Escada isə gəlini Meqxeyə məxsusdur.

Milyardlar “Forbes”in siyahısında

“Forbes” 2006-ci ildə onun sərvətini 27,7 milyard dollar qiymətləndirib. 2008-ci ildə isə jurnal iş adamının sərvətini 45 milyard dollar qiymətləndirərək milyarderlərin sırasında 4-cü sırada qərarlaşdırmışdı. 2009-cu ildən biznesmenin sərvəti azalmağa başlayıb. Elə göstərilən il onun qazancının 19,3 milyard dollar azaldığı irəli sürülür. Son iki ilə gəlincə, 2013-cü ildə Lakişminin varidatı 16,5 milyard dollar, 2014-cü ildə 14,5 milyard dollar səviyyəsində qiymətləndirilib.

Yəhudidir?

Bu qədər şanslı, bacarıqlı insanın qanında mütləq yəhudi qanı axmasa, təəccüb doğurardı. Mittal marvari soyundandır. Bu soy “hind yəhudiləri” adlandırılır.

Marvarilərin kəndi Hindistanın sonundakı səhrada, demək olar, Pakistanla sərhəddə yerləşirdi. Kəndin sakinləri olan yəhudilər o qədər yoxsul yaşayırlarmış ki, gələcəyə ümidsiz baxırlarmış. Mittalın babası, qohum-əqrəbası da çox kasıb şərtlərdə yaşayıb.

Leyla Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm