Həsən Ruhani tapşırıq verib
Bizi izləyin

Digər

Həsən Ruhani tapşırıq verib

İranda əcnəbi televiziya kanallarına qoyulan qadağa aradan götürülə bilər.

Publika.az-ın məlumatına görə, İran prezidenti Həsən Ruhani müvafiq qurumlara siqnal ötürücülərini pozan texnologiyanın istifadəsinin insan sağlamlığına təsirinin araşdırılması haqqında göstəriş verib.

Qeyd edək ki, İranda 2001-ci ildən əcnəbi televiziya kanallarına baxmağın qarşısını almaq üçün xüsusi texnologiyadan istifadə olunur. Mütəxəssislərin fikrincə, həmin texnologiyanın yaydığı dalğalar insan sağlamlığı üçün təhlükəlidir. Dalğa normanı aşdıqda xərçəng xəstəliyinin yaranmasına səbəb olur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm