1dollar 52 rubla, 1 avro isə 65 rubla yüksəldi
Bizi izləyin

Digər

1dollar 52 rubla, 1 avro isə 65 rubla yüksəldi

Bu gün səhər saatlarında Moskva birjasında 1 dollar 52,05 rubl, 1 avro isə 64,52 rubla yüksəlib. Qeyd edək ki, ötən həbtənin sonu 1 dollar 50 rubl idi.


Publika.az xəbər verir ki, rublun dollar və avro qarşısında sürətlə ucuzlaşmasına OPEK-in hasilatı azaltmamaqla bağlı qərarı təsir edib. Həmin gün Moskva birjasında yeni canlanan rubl dollar qarşısında yenidən 2 faiz ucuzlaşdı. Halbuki həftənin əvvəlində dollar 45 rubldan, avro isə 55 rubldan aşağı düşmüşdü. Hətta ekspertlər rublun kursunun həftənin sonuna qədər möhkəmlənəcəyini proqnozlaşdırırdılar.



Maraqlıdır ki, OPEK-in müzakirələri rublu vursa da, Vladimir Putin hasilatın saxlanmasının onları qane etdiyini bildirirdi. Amma reallıq odur ki, gəlirinin təxminən yarısını neft və təbii qazdan qarşılayan Rusiya öz büdcəsini yenidən nəzərdən keçirməyə hazırlaşır. Energetika naziri Aleksandr Novakın açıqlamasına görə, 2015-ci ilin büdcəsində neftin qiymətinə (100 dollardan götürülüb) düzəliş ediləcək. Bununla belə, o, 2015-ci ildə hasilatın 2014-cü ildəki səviyyədə saxlanacağını söyləyib. Söhbət 525-526 milyon tondan gedir.



Məlumat üçün deyək ki, OPEK üzv olmayan Rusiya gündəlik təxminən 10.5 milyon barel neft istehsal edir. 11 faiz payla dünyanın ən böyük neft istehsalçısı mövqeyindədir. Ukrayna böhranından sonra Qərbin sanksiyalarına məruz qalan Rusiya neftin qiymətinin düşməsindən ciddi gəlir itkisi yaşayır. Ölkənin pul vahidi rubl dollar qarşısında ilin əvvəlindən 28 faiz nisbətində dəyərdən düşüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm