Daha bir türk bankı Azərbaycana gəlir
Bizi izləyin

Digər

Daha bir türk bankı Azərbaycana gəlir

Türkiyənin Ziraat Bankı törəmə bankın təsis edilməsi ilə bağlı Mərkəzi Banka müraciət edib.


Mərkəzi Bankdan Publika.az-a verilən məlumata görə, Azərbaycan iqtisadiyyatının dayanıqlı və dinamik inkişafı, makroiqtisadi və maliyyə sabitliyi, maliyyə və bank bazarlarının genişlənməsi şəraitində bank sektoruna xarici investorların marağı yüksək olaraq qalmaqdadır.

Ölkənin bank sisteminin qlobal maliyyə böhranından itkisiz çıxması, xüsusən son illər bankların sürətlə kapitallaşması və dayanıqlığının möhkəmlənməsi bank sisteminə maraq və inamı daha da artırıb:”Azərbaycan bank bazarının əsas iştirakçılarından biri Türkiyə bank sistemidir. Türkiyə ilə Azərbaycan arasında ticarət-iqtisadi əlaqələrin sürətlə inkişafı, həcmi milyard dollarlarla ölçülən beynəlxalq əhəmiyyətli layihələrin birgə icrası iki ölkənin bank sistemləri arasında əlaqələrin də daim genişlənməsini zəruri edir.


Türkiyə banklarının Azərbaycanın bank bazarına daim artan marağının ifadəsi olaraq qeyd etmək lazımdır ki, T.C. Ziraat Bankası Azərbaycanda törəmə bankın təsis edilməsi ilə bağlı Mərkəzi Banka müraciət edib. T.C. Ziraat Bankası Türkiyənin ən iri bankı olmaqla 1863-cü ildən fəaliyyət göstərir, aktivlərinin həcmi 108 mlrd. dollar təşkil edir. T.C. Ziraat Bankası Azərbaycan bank sistemində 1995-ci ildən təmsil olunan ilk xarici kapitallı bank olmaqla hər iki ölkənin bank sektorları arasında əlaqələrin qurulmasında mühüm rol oynayıb. Bankın Azərbaycanda təmsilçilik statusunun dəyişməsi onun fəaliyyətinin daha da aktivləşməsi və genişlənməsinə imkan verəcəkdir.

Eyni zamanda, bu, bank sektorunda rəqabətin güclənməsinə, biznes və əhalinin bank xidmətlərinə çıxışının artmasına, bütövlükdə ölkələrimiz arasında iqtisadi əlaqələrin zəruri bank xidmətləri ilə daha geniş şəkildə əhatə olunmasına imkan verəcəkdir”.
Bildirilir ki, hazırda T.C. Ziraat Bankasının müraciəti Mərkəzi Bankda baxılmaqdadır. Cari ilin sonunadək törəmə bankın lisenziyalaşdırılması proseslərinin yekunlaşdırılması nəzərdə tutulur.



İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm